/ / Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə çatdırılması böyük əhəmiyyət daşıyır
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə çatdırılması böyük əhəmiyyət daşıyır
21.05.2016 [10:33]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının məktəblilər arasında keçirdiyi “Hərbi vətənpərvərlik” mövzusunda rəsm və “Bədii qiraət” müsabiqələrinin qalibləri mayın 20-də mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının qərargahında keçirilən tədbir iştirakçıları əvvəlcə rəsm müsabiqəsində qalib elan edilən əsərlərin nümayiş olunduğu sərgiyə baxıblar.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin xalqımızın tarixinə əbədi həkk olunduğunu vurğulayıb. Ş.Hacıyev dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb, Ulu öndərin ölkəmizin ən çətin anlarında böyük xilaskar missiyasından, respublikanı dərin siyasi və iqtisadi böhrandan çıxararaq onu məhv olmaq təhlükəsindən xilas etməsindən, həmçinin ölkə iqtisadiyyatının bazar mexanizmləri əsasında qurulmasında, cəmiyyət həyatının demokratikləşməsində, sabitliyin təmin olunmasında və s. sahələrdə misilsiz rolundan bəhs edib.
YAP Səbail rayon təşkilatının sədri Ümummilli liderimizin əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb. O, dahi şəxsiyyətin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlərin keçirilməsinin Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Ş.Hacıyev müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra aprelin 29-da YAP Səbail rayon təşkilatının qərargahında keçirilmiş “Bədii qiraət” və mayın 10-da “Hərbi vətənpərvərlik” mövzusunda təşkil olunan rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
“Sahil bağı”nda keçirilmiş rəsm müsabiqəsində rayonun orta ümumtəhsil müəssisələrinin, həmçinin Bakı Oksford məktəbinin, eləcə də rayondakı 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin 100-dən çox şagirdi iştirak edib. Müsabiqədə Aysel Əliyeva birinci, Aysu Quliyeva ikinci, Aydan Bakirova isə üçüncü yeri tutublar.
“Bədii qiraət” müsabiqəsində isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” şerini səsləndirən Əzizəxanım Kazımova qalib olub. Mirxalis Hüseynli ikinci, Lətifə Nəsibova isə üçüncü yerə layiq görülüblər.
İlk üçlükdə yer alan şagirdlər Fəxri fərman, digər iştirakçılar isə sertifikatlar və xüsusi mükafatlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

