Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir
16.11.2016 [09:38]
16 noyabr - Beynəlxalq Tolerantlıq Günüdür
Məlum olduğu kimi, XXI əsrin əvvəllərindən başlayaraq bir sıra Qərb ölkələri müəyyən obyektiv və subyektiv səbəblər üzündən etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşib, nəticədə multikulturalizm siyasətinin səmərəsiz olması və iflasa uğraması kimi təhlükəli fikirlər səsləndirirlər. Lakin Azərbaycan tarixi, mədəniyyəti, dövlətçiliyi və bu gün ölkəmizdə həyata keçirilən uğurlu multikulturalizm siyasəti dünya ictimaiyyətinin diqqətindədir. Bu baxımdan multikulturalizm siyasətini həyata keçirməsində problem yaşayan Qərb ölkələrinə Azərbaycan multikulturalizm modeli nümunə kimi göstərilməlidir.
Sirr deyil ki, Azərbaycan Respublikası polietnik dövlətdir. Əsrlər boyu burada azərbaycanlılar və bir sıra etnik qruplar - udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və s. bir arada yaşayıblar. Bundan başqa, respublikamızda ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Bu insanların fərqli milli kimlikləri, dilləri və dinləri, müxtəlif inancları olsa da, bu keyfiyyətlər onları minilliklərdir ayırmağa imkan vermir. Torpaqlarımız müxtəlif zamanlarda yadellilərin hücum və basqınlarına məruz qalıb. Ancaq hər bir müdaxilə Azərbaycanda yaşayan müxtəlif millətlərin bir hədəf uğrunda birləşməsi nəticəsində dəf edilib.
Bu gün də Azərbaycanda müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verir, dövlət strukturlarında çalışırlar.
Müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycan milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınır. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Azərbaycan bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı nadir ölkələrdəndir.
Əlbəttə ki, Azərbaycanda tolerantlıq mühitinin daha da möhkəmlənməsində və multikultural dəyərlərin qorunub saxlanmasında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin böyük rolu var. Ulu öndər Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşıb, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı göstərib. Ümummilli lider Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı yüksək fikirlərini bildirib, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük verib.
Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan edib.
Artıq Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşıb. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlətimiz respublika ərazisində yayılan bütün ənənəvi dinlərə də qayğı göstərir. Prezident İlham Əliyev ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibəti ilə təbrik edir.
Son illər Azərbaycanda keçirilən humanitar forum və digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası dialoqun gücləndirilməli olduğunu bəyan edir.
Azərbaycan Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmin inkişafını bir missiya kimi üzərinə götürüb. Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilər. Ona görə də dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün örnəkdir. Çünki Azərbaycan multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir.
Nüşabə ƏŞRƏFOVA,
YAP GB-nin üzvü
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

