/ / Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
30.12.2016 [09:39]
Dünən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbiri açan universitetin rektoru Rahim Hüseynov tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışan rektor bu əlamətdar günün dünyada yaşayan bütün soydaşlarımız üçün böyük önəm daşıdığını vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın tariximizdə xüsusi yer tutduğunu qeyd edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birlik, bərabərlik nümayiş etdirdiyi gündür. Onun sözlərinə görə, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır. Təşkilatın sədri xalqımızın müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli liderin Vətən sevgisindən, Azərbaycanın dünyada tanıdılması, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurmaları istiqamətində gördüyü işlərdən danışıb.
Diqqətə çatdırılıb ki, Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra respublikada həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib. “Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin bütün ideyalarını həyata keçirməklə dünyada yaşayan azərbaycanlılara hər zaman dəstəyini nümayiş etdirir. Bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət ilə təmin olunacaq”, - deyə T.Tağıyev vurğulayıb.
Tədbirdə həmçinin universitetin professoru, ərazi ilk partiya təşkilatının sədri Fikrət Mehdizadə, fəal gənclər Rəşadət Mürşüdov, Almaz Qocayeva çıxış ediblər. Sonda YAP sıralarına yeni qoşulan şəxslərə partiya vəsiqəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31

