Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VII konfransı keçirilib
02.05.2017 [10:05]
Aprelin 29-da Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.
Ağdaşdakı Heydər Əliyev Mərkəzində keçirilən konfransda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayon təşkilatının VI konfransından keçən dövr ərzində fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı özünün VI konfransından sonrakı dövr ərzində fəaliyyətini konfransın qərarlarına, rayon təşkilatının illik iş planlarına, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurub: “Təşkilatın yeni tərkibdə seçilmiş Şurası partiyanın Nizamnaməsinə uyğun olaraq keçirdiyi yığıncaqları ilə təşkilatın işinə ümumi rəhbərliyi həyata keçirib. Hesabat dövründə təşkilatın sosial bazasının möhkəmləndirilməsinə, onun sıralarının artırılmasına diqqət yetirilərək partiya üzvlərinin say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilib. İlk partiya təşkilatlarında YAP sıralarına qəbul zamanı namizədlərin seçilməsinə ciddi fikir verilib, bu zaman onların fəaliyyəti təhlil olunub. VI konfransda təşkilatımızın 12605 nəfər üzvü var idisə, hazırda partiya üzvlərimizin sayı 17124 nəfərdir. Onlardan 8899 nəfərini, yəni 52%-ni qadınlar, 7250 nəfərini və ya 42,3%-ni gənclər təşkil edir. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş də hər zaman Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının diqqət mərkəzində saxlanılıb”.
Sonra nəzarət-təftiş qrupunun sədr əvəzi Vaqif Bayramov qrupun fəaliyyəti barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, təşkilatın Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva, YAP Ağdaş rayon təşkilatı Şurasının üzvü, rayon Gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Ayşən Xəlilova, rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva məruzə ətrafında çıxış ediblər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb. Natiq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 25 ilə yaxın bir dövrdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb: “Partiyamızın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, həmçinin Qafqaz regionunda ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə oluna biləcək bir qurum mövcud deyil. Bu gün cənab Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət edir”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ölkəmiz hər sahədə tərəqqinin əsl mənada reallıqlarını yaşayır: “Nail olduğu müstəqillikdən bəhrələnən xalqımız möhtərəm Prezidentimiz, YAP Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək yeni sosial-iqtisadi inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan getdikcə dünya əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilir, respublikamızla əməkdaşlıqda maraqlı ölkələrin sayı gündən-günə artır. Siyasi, iqtisadi və demokratik inkişaf sahəsində dünyada mövcud olan təcrübələr bu gün ölkəmizdə uğurla tətbiq olunur. Bu gün dünyanın nəhəng beynəlxalq qurumları ölkəmizin iqtisadi imkanlarını daim diqqət mərkəzində saxlayır, Azərbaycanın perspektivlərinə böyük ümidlərlə baxırlar. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin uğurlu gələcəyindən xəbər verir”.
Sonra təşkilati məsələlərə baxılıb. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 35 nəfərdən ibarət Şurası, 17 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçilib. Milli Məclisin deputatı Cavid Osmanov yenidən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri seçilib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı nəzarət-təftiş qrupunun tərkibi təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

