Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının üzvlərinin sayı 16 mini ötüb
03.08.2017 [09:59]
Müstəqil Azərbaycan dövlətinin quruculuq prosesi bilavasitə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Ulu öndər Heydər Əliyevin liderliyi ilə yaradılan partiya dahi şəxsiyyətin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura iclasında səsləndirilib.
İclasda bu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib. Bildirilib ki, ölkəmizin siyasi, iqtisadi, mədəni yüksəlişində əhəmiyyətli rol oynayan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu il özünün 25-ci ildönümünü böyük siyasi nailiyyətlərlə qeyd edir. “Naxçıvan şəhərinin müasirliklə qədimliyin vəhdətinə, yüksək səviyyədə inkişafa bariz nümunə olan bugünkü siması məhz bu siyasətin nəticəsidir. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi şəhərimizin beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artıracaq”.
Qeyd edilib ki, partiyanın Naxçıvan şəhər təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2013-cü ilin iyununda keçirilən V qurultayı, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub. Təşkilat ölkəmizin, o cümlədən muxtar respublikanın və Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərməyə çalışıb. Bu baxımdan 2017-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet vəzifə olub.
Diqqətə çatdırılıb ki, ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 4 elmi-praktik konfrans, 2 kütləvi tədbir, 1 dəyirmi masa keçirilib. Bu dövrdə partiyaya 686 nəfər üzv qəbul olunub ki, bunların da 406 nəfərini (59 faiz) qadınlar, 668 nəfərini (97,4 faiz) gənclər təşkil edir. Nəticədə, 2017-ci il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı üzvlərinin sayı 16 min 650 nəfərə çatıb.
Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, ərazi ilk partiya təşkilatı sədrlərindən şura üzvü Elnur İbrahimovun, Gənclər Birliyinin üzvü Tünzalə Dilanovanın çıxışları dinlənilib.
İclasda Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı, şura üzvü Vüqar Səfərov çıxış edərək Naxçıvan şəhərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

