/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
08.12.2017 [10:02]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ulu öndərə həsr edilmiş film nümayiş olunub.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, həm sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.
O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”.
M.İbrahimova əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətindən danışaraq deyib ki, bu gün qadınlarımız cəmiyyətimizin həyatında fəal iştirak edirlər.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İradə Mahmudova ölkəmizin dünəninin, bu gününün və sabahının tarixi şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər Ulu öndərimizin adı ilə bağlıdır. İ.Mahmudova çıxışında Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının bir ideya - azərbaycançılıq ideologiyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir.
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Ümummilli liderin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu deyən M.Məmmədova həmçinin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin yüksək inkişaf xətti tutduğunu vurğulayıb.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41

