Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yol-nəqliyyat işçilərinin seçimi cənab İlham Əliyevdir

Yol-nəqliyyat işçilərinin seçimi cənab İlham Əliyevdir

24.03.2018 [10:22]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı yol-nəqliyyat işçiləri ilə 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə həsr edilmiş “İLHAMLA İRƏLİ” adlı tədbir keçirib.
Tədbirdə 300-dən çox yol-nəqliyyat işçisi iştirak edib. Tədbirə qatılan təbliğatçılar qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.
Çıxışlarda bildirilib ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində misilsiz işlərə imza atılıb, sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətinə çevrilib.
Yol-nəqliyyat işçiləri bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Müşfiqə

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31