Şəmkirlilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər
30.03.2018 [10:20]
Təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirdə minlərlə rayon sakininin iştirakı ilə möhtəşəm mitinq-görüş keçirilib
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində şəhər mərkəzində mitinq-görüş keçirilib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib.
Milli Məclisin deputatı Sahibə Qafarova çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Millət vəkili S.Qafarova bu nailiyyətlərin davamlı olması üçün bütün seçiciləri aprelin 11-də səsvermə məntəqələrinə gedərək Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək vurğulayıb ki, son 15 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb.
Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov isə diqqətə çatdırıb ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır. Eyni zamanda, seçicilərin cənab İlham Əliyevin misilsiz və çox genişmiqyaslı fəaliyyəti ilə bağlı yüksək fikirləri bunu deməyə əsas verir ki, aprelin 11-də Azərbaycan xalqının seçimi yenə də cənab İlham Əliyev olacaq.
Milli Məclisin deputatı Sona Əliyeva da bildirib ki, prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.
Milli Məclisin deputatı Kamran Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın daxili və xarici siyasəti milli maraqlara əsaslanır, ölkəmiz xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir.
K.Bayramov əlavə edib ki, vətəndaşlar ölkəmizdəki inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən seçicilər də Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

