/ / YAP Şərur rayon təşkilatı “3 sentyabr 1991-ci il: Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi” adlı konfrans keçirib
YAP Şərur rayon təşkilatı “3 sentyabr 1991-ci il: Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi” adlı konfrans keçirib
01.09.2018 [10:05]
Xalq Ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdikdən sonra Azərbaycan qısa zamanda demokratik prinsiplərə sadiq bir dövlət kimi sürətlə inkişaf etməyə başladı və on il ərzində dünya birliyinə inteqrasiya yolunda böyük nailiyyətlər qazandı. Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatında keçirilən “3 sentyabr 1991-ci il: Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi” adlı konfransda səsləndirilib.
Konfransda Zeyvə kənd ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimovun “Naxçıvanda Heydər Əliyev ideyalarının təntənəsi”, rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədovun “Naxçıvan təhsili sürətli inkişaf yolundadır”, Statistika İdarəsinin rəisi Ramiz Rəsulovun “Şərurun bugünkü inkişafı Heydər Əliyev ideyalarına söykənir”, Kürçülü kənd tam orta məktəbinin direktoru Zülfiyyə Məmmədovanın “Naxçıvanın xarici-iqtisadi əlaqələrinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev xalqının ən ağır günlərində onun yanında olmaq üçün 1990-cı il iyulun 22-də doğma yurdu Naxçıvana gəldi. Həmin vaxt muxtar respublika son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat iflic olmuş, əhalinin maddi durumu dözülməz həddə çatmışdı. Digər tərəfdən, bədnam ermənilərin aramsız hücumları və ozamankı Azərbaycan rəhbərliyinin hər tərəfdən yolu bağlanmış Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi, xalq Onun timsalında böyük xilaskarını tapdı. Təkcə Naxçıvanın yox, bütövlükdə Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi üç il ərzində həm də Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi güclənməsi, inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən qərarlar qəbul etdi. Beləliklə, 1990-1993-cü illər tarixə Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi daxil oldu.
Vurğulanıb ki, Ali Məclisin Ulu öndərin Sədrliyi ilə keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, Naxçıvan SSRİ-nin saxlanması barədə keçirilən referendumdan imtina etdi, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. Eyni zamanda, ilk milli sərhəd dəstələri yaradıldı, keçmiş sovet ordusu onlara məxsus silah-sursatın Naxçıvanda saxlanması şərti ilə muxtar respublika ərazisini tərk etdi. Həmçinin milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar atıldı, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edildi.
Ümumiyyətlə, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Ümummilli liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də 1992-ci il noyabrın 21-də Ümummilli liderin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Bu partiya qısa vaxtda dövrün siyasi hərəkatında fəal nümunə və təsir gücünə malik olduğunu sübut etdi.
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

