Bakı şəhəri və Şuşa rayonunun məktəbləri arasında əməkdaşlıq əlaqələri qurulur
25.09.2018 [09:23]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Nizami rayon təşkilatlarının təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu 62 nömrəli, Nəsimi rayonu 247 nömrəli və Şuşa rayonunun 18, 19, 21 nömrəli məktəbləri arasında əməkdaşlıq əlaqələri yaradılır. Məktəblər arasında əməkdaşlıq əlaqələri “Təhsilə dəstək” layihəsi çərçivəsində imzalanan niyyət protokoluna əsasən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Bakının Nizami rayonu 62 nömrəli və Nəsimi rayonu 247 nömrəli məktəblərinin direktorları Bərdə və Ağdam rayonlarına səfər edib, Şuşa rayonu 18, 19, 21 nömrəli məktəblərdə görüşlər keçiriblər.
Qonaqlar əvvəlcə Bərdədə 588 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksindəki 18 nömrəli məktəbə gəliblər. Görüşdə Şuşa Rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev çıxış edərək, layihə haqqında məlumat verib. Bildirib ki, Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov təhsilə dəstək layihəsi çərçivəsində məktəblərin bir-biri ilə əlaqə yaratması ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüsə ilk olaraq YAP-ın Nəsimi və Nizami rayon təşkilatlarının sədrləri, həmçinin Bakının Nizami rayonu 62 nömrəli və Nəsimi rayonu 247 nömrəli məktəblərinin direktorları qoşulublar. Layihəyə əsasən Bakının Nizami rayonunun 62 nömrəli və Nəsimi rayonunun 247 nömrəli məktəbləri ilə hamiliyə götürülmüş Şuşa rayonunun 18, 19, 21 nömrəli məktəbləri arasında əlaqələrin qurulması təhsilin inkişafına dəstək verəcək.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva çıxışlarında layihənin əhəmiyyətini vurğulayıb, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, layihə digər məcburi köçkün rayonlarının məktəblərini də əhatə edəcək. Məktəblər arasında əlaqələr məcburi köçkün məktəbləri torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdiriləcək.
Nizami rayonu 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı və Nəsimi rayonu 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva çıxışlarında bildiriblər ki, fəaliyyət planına uyğun olaraq təhsil ocaqları arasında əlaqələr mütəmadi olaraq davam edəcək. Məktəblər arasında təhsil mübadiləsi keçiriləcək, Şuşa rayonu 18, 19, 21 nömrəli məktəblərin müəllim və şagirdləri Bakının Nizami rayonunun 62 nömrəli və Nəsimi rayonunun 247 nömrəli məktəblərinin qonağı olacaq, məktəblilər arasında dostluq münasibətləri qurulacaq.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətindən, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb, işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əminliyini ifadə edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və digər qonaqlar Bərdə rayonunun Şirvanlı kəndində yerləşən Şuşa rayonu 19 nömrəli və Ağdam rayonu ərazisindəki Mirzələr qış yatağında yerləşən 21 nömrəli məktəblərdə də olub, müəllim, şagird və valideynlərlə görüşüblər. Məktəblərə və şagirdlərə hədiyyələr verilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı jurnalistlərə müsahibəsində bildirib ki, YAP-ın “Təhsilə dəstək” layihəsi davamlı olacaq və torpaqlarımız işğaldan azad olunduqdan sonra da Şuşada, Xankəndidə, Ağdamda, Laçında, Kəlbəcərdə və digər bölgələrimizdə həyata keçiriləcək. “Azərbaycan əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətində prioritet təşkil edir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onların mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Təhsilə dəstək” layihəsi kimi təşəbbüslərdə əsas məqsədlərdən biri odur ki, cəmiyyətin hər bir üzvü qaçqın və məcburi köçkün məsələsinə daim diqqətlə yanaşmalı, torpaqlarımız işğaldan azad olunana qədər onlarla bir yerdə olmalıdır”, - deyə M.İbrahimqızı bildirib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

