Yeni Azərbaycan Partiyası böyük tarixi yol keçərək xalqın birlik simvoluna çevrilib
28.09.2018 [09:17]
Lerik rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 25 illiyi ilə bağlı təşkilatın sədri Cəlil Baxşıyevin məruzəsi dinlənilib.
Partiyanın rayon təşkilatının üzvlərini əlamətdar yubiley münasibətilə təbrik edən C.Baxşıyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyi nəticəsində yaranıb. Qeyd olunub ki, Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup ziyalı 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəyini ifadə edirdi.
“Ovaxtkı iqtidar partiyanın təsis konfransının Bakıda keçirilməsinə icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi”, - deyə C.Baxşıyev qeyd edib.
Məruzə ətrafında müzakirələrdə YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Vizəzəmin ilk partiya təşkilatının sədri, Şura üzvü Fərman Haşımov, YAP Qadınlar Şurasının üzvü Şəhla Məmiyeva və rayon təşkilatının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranma zərurətindən, uğurlarından söhbət açıb, təşkilatın yaranmasının 25 illik yubileyi münasibəti ilə təbriklərini çatdırıblar.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP mərkəzi aparatının məsul əməkdaşı Emil Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyası təsis olunduqdan cəmi 1 il sonra - 1993-cü ildə rayonun qabaqcıl ziyalıları tərəfindən partiyanın Lerik rayon təşkilatı yaradılıb.
Çıxış edənlər YAP-ın ölkənin siyasi həyatında ən güclü və aparıcı partiya olduğunu, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xalqın rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıblar.
Sonra bir qrup fəal partiya üzvünə fəxri fərman və qiymətli hədiyyələr, yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

