YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
13.11.2018 [09:32]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə fləşmob keçirilib. Fləşmob Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahının önündə təşkil olunub.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, yüz il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı təsis olunub. Lakin 1920-ci ildə bolşeviklərin ölkəmizi işğal etməsi nəticəsində müstəqilliyimizi itirdik, 70 il müstəmləkə altında yaşadıq.
Milli Məclisin deputatı qeyd edib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir.
Son illər müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini bildirən deputat zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.
YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpa olunmasında, hüquqi-demokratik dövlət quruculuğu prosesində, xüsusilə dünyanın sivil ölkələri tərəfindən də yüksək qiymətləndirilən Konstitusiyamızın işlənib hazırlanmasında və qəbul olunmasında Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri var. Onun sözlərinə görə, Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması işini həyata keçirdi. Konstitusiyamız tam demokratik şəkildə ümumxalq referendumu ilə 1995-ci il noyabrın 12-də qəbul olundu.
Deputat vətəndaşların konstitusion hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin bərqərar olması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlərdən də danışıb.
Məlahət İbrahimqızı onu da bildirib ki, bu cür aksiyaların keçirilməsində məqsəd gənc nəsli Azərbaycanın dövlətçilik tarixi ilə bağlı məlumatlandırmaq, gənclər arasında təbliğatın aparılması işinə dəstəkdir.
Tədbir YAP Nəsimi rayon təşkilatının bir qrup gənc fəalları tərəfindən Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24

