“Sosial şəbəkələr və müasir gənclik”
29.01.2019 [09:54]
YAP Gənclər Birliyinin təşəbbüsü ilə bu mövzuda tədbir keçirilib
Əli Əhmədov: Gənclərimiz sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməli, mənfi təsirlərdən uzaq olmalıdırlar
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi ilə bağlı ideya və prinsiplərinin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyini söyləyib.
Bu gün dünyada qlobal proseslərin baş verdiyini deyən YAP Sədrinin müavini yeni texnologiyaların, sosial şəbəkələrin cəmiyyət həyatına ciddi təsir etdiyini söyləyib. Əli Əhmədov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Sosial şəbəkələrdə gənclərimizin böyük fəallıq göstərdiyini deyən YAP Sədrinin müavini bunu təbii hal kimi dəyərləndirib: “Çünki bütün yeni ideyaları ilk olaraq mənimsəyən gənclərdir. Azərbaycan cəmiyyəti gənc cəmiyyətdir. Əhalinin 46 faizə qədəri 30 yaşa qədər olan gənclərdir. Bizim cəmiyyət gələcəyi parlaq olan, daha sağlam ideyaları qarşıya qoyan cəmiyyətdir. Cəmiyyətimiz sağlam ideyalar uğrunda mübarizə aparır. Bu baxımdan, cəmiyyətimizin tərkibində gənclərin çoxluq təşkil etməsi müsbət haldır. Amma gənclər əxlaqı, mənəviyyatı, biliyi, tərbiyəsi ilə üstünlüyə sahib olmalı və bununla fərqlənməlidirlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın sıralarında müasir, bilikli, intellektual gənclər üstünlük təşkir edirlər. Partiyamızın sıralarında on minlərlə gənc birləşıb. Gənclərimiz Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin reallaşmasına öz töhfələrini verirlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Ötən ilin aprel ayında ölkəmizdə prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, bu seçkilərdə gənclərimizin fəallığı, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri fədakarlıq çox təqdirəlayiq haldır. Bu, bir daha onu göstərir ki, ölkə gəncliyi, xüsusilə YAP-ın sıralarında olan gənclər Heydər Əliyev ideyalarına sadiqdirlər, bu gün Prezident İlham Əliyevin siyasətinin reallaşmasına öz töhfələrini verirlər və bundan sonra da verəcəklər.
“Təbii ki, həyatımızda baş verən dəyişikliklərə ilk olaraq gənclər reaksiya verirlər. Qeyd etdiyim kimi, yeni texnologiyalar, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələr həm informasiya vasitəsi, həm ünsiyyət, həm asudə vaxtın keçirilməsi və s. vasitə kimi istifadə olunur. Beləliklə, bu, çoxşaxəli bir sferadır ki, insanları böyük dərəcədə cəlb edir. Hər bir yenilik, proses bir çox müsbət cəhətləri ilə yanaşı, bəzi hallarda müəyyən çətinlikləri ortaya çıxarır. Bu mənada, sosial şəbəkələrdən istifadə müsbət olsa da, onun tam saflaşmaması problemlər də yaradır. Bəzi ölkələr isə sosial şəbəkələrlə bağlı qanunvericiliyə də dəyişikliklər ediblər. Gənclərimiz sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməli, mənfi təsirlərdən uzaq olmalıdırlar. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməli, onun mənfi halları isə aradan qaldırılmalıdır. Bunun reallaşması üçün düşünmək lazımdır”, - deyə Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini Əli Əhmədov daha sonra müasir gəncliyin qarşısında duran vəzifələrlə bağlı öz fikir və tövsiyələrini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

