YAP bələdiyyə seçkilərində böyük qələbə qazanmaq əzmindədir
15.12.2009 [09:51]
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində seçicilərlə görüş keçiriblər. YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, qeyd edib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
Seçiciləri YAP-ın namizədinə səs verməyə çağıran T.Tağıyev partiyanın böyük seçki təcrübəsinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu da bələdiyyə seçkilərində böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olacaq. Səlahiyyətli nümayəndə qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Hazırda bələdiyyə üzvlərinin 14-ü YAP-ı təmsil edir. Təşkilat sədri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinə də üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu deyən T.Tağıyev budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “Nərimanov bələdiyyəsinə ümumilikdə 66 nəfər öz namizədliyini irəli sürüb. YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə iştirak edin”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisat olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən G.Məmmədova qeyd edib ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: “Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi onun Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır. Bu gün bizim xalqa deməyə sözümüz çoxdur. çünki görülən işlər insanların rifahının daha da yaxşılaşması naminə həyata keçirilir”.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən səlahiyyətli nümayəndənin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər, əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Şəhriyar Heydərli bildirib ki, ölkəmiz gündən-günə inkişaf edir. Bu da Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində baş verir. Onun sözlərinə görə, Azərbaycandakı quruculuq işləri Nərimanov rayonunda da özünü göstərməkdədir. “Bu gün rayonumuzda aparılan abadlıq və quruculuq işləri bizi də sevindirir, bu proseslərdə iştiraka səfərbər edir. Hazırda isə ölkəmiz böyük ictimai-siyasi tədbir-bələdiyyə seçkiləri ərəfəsindədir. Hər yerdə bələdiyyələrə namizədlərlə görüşlər keçirilir. Keçirilən bu görüşlərlə bağlı qənaətim belədir ki, seçicilər YAP-ın namizədlərinə ümidlərlə yanaşır və onlara səs verəcəklər”, - deyən Ş.Heydərli qeyd edib ki, bu fakt YAP-ın hakim partiya olaraq xalqın ümidini və etibarını doğrultmasının bariz nümunəsidir. Onun sözlərinə görə, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin bütün üzvləri bələdiyyə seçkiləri kampaniyasında fəal iştirak edirlər.
Bələdiyyə üzvlüyünə namizəd Nadir Əsədov seçiciləri 23 dekabrda səsvermədə fəal iştirak etməyə çağırıb. Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf prosesində bələdiyyələr də yaxından iştirak etməlidir. Namizəd qələbə qazanacaqları təqdirdə seçicilərin etimadını doğrultmağa çalışacaqlarını deyib.
Nərimanov bələdiyyəsinə digər namizəd İradə Qarayeva da seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb. Onun sözlərinə görə, seçicilərin səsvermədə iştirakı seçkilərin şəffaflığında mühüm rol oynayır. “Vətəni, dövləti sevirsinizsə, seçkilərdə fəal iştirak edin. Seçki hüququndan istifadə etməklə vətəndaşlıq mövqeyinizi bildirəcəksiniz. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın məramı xalqa layiqli xidmət göstərməkdir. YAP-ın namizədlərinə səs verməklə siz onlardan layiqli xidmət görəcəksiniz”, - deyə İ.Qarayeva bildirib.
YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Adil Ağayevin sözlərinə görə, Azərbaycanda bələdiyyələr 10 illik fəaliyyəti dövründə müəyyən təcrübə qazanıb: “Biz isə insanların qaldırdıqları məsələlərin həllinə yardımçı olacağıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

