Bələdiyyə seçkiləri YAP üçün uğurlu olub
26.12.2009 [10:07]
“Bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyası (YAP) üçün uğurlu olub. Biz irəli sürdüyümüz namizədlərin böyük əksəriyyətinin bu seçkidə qələbə qazanacağına inanırıq”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov jurnalistlərlə söhbətində deyib.
S.Novruzov bəzi müxalifət partiyalarının bələdiyyə seçkilərinin ciddi qanun pozuntuları ilə keçməsi haqqında fikirlərinin əsası olmadığını bildirib. Onun sözlərinə görə, müxalifətin heç bir sosial dayağı yoxdur: “Bu iddialarla çıxış edən partiyalar bələdiyyələrə namizəd irəli sürə bilmədilər. Onlar heç məntəqələri müşahidəçilərlə təmin edə bilməmişdilər. Belə olan halda, bu cür iddialarla çıxış etmək heç bir məntiqə uyğun deyil”.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin bələdiyyə seçkilərini izləyən müşahidə missiyasının ilkin rəyinə gəlincə, S.Novruzov seçkilərin nəticələri ilə bağlı tənqidləri bölüşmədiyini deyib: “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinin ölkədə keçirilən bu seçkilərə tam qiymət verməsi mümkün deyil. çünki, onlar cəmi 6 nəfər olub. 6 nəfər ölkə üzrə keçirilən seçkiyə necə qiymət verə bilər?! İki ay yarım aparılan seçki prosesinə 6 nəfərin rəy verməsi mümkün olan iş deyil”.
Telekanallarda debatların təşkil olunması ilə bağlı fikirlərə müna-sibət bildirən Siyavuş Novruzov bil-dirib ki, telekanallarda seçkilərlə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq həll edilir: “Seçki Məcəlləsinin tələblərinə görə, namizədləri bələdiyyələrin 2/3-də qeydiyyata alınan partiyalara televiziya və radioda təbliğat aparmaq imkanı verilir. Müxalifətin irəli sürməyə namizədi olmadığı üçün bu imkandan məhrum olmaları başadüşüləndir. Yeganə olaraq Yeni Azərbaycan Partiyası bu haqqa sahib olub. Biz də könüllü olaraq telekanallarda təşviqat aparmaqdan imtina etdik. Telekanallarda debatlar olmalı idi. Amma rəqiblərimiz olmadığı üçün biz də bu yolu seçdik”.
Siyavuş Novruzov, həmçinin, vurğulayıb ki, müxalifət seçkidə irəli sürməyə namizəd tapmadı: “Müxa-lifət necə müşahidə apara bilər ki, nə qədər adam seçkiyə gəlib. Elə adamları varsa, namizəd olardılar. Bu baxımdan mən müxalifətin iddialarını qəbul etmirəm. 3-5 adam kabinetində oturub, seçkiyə qiymət verə bilməz”.
YAP İcra katibinin müavini, eyni zamanda, deyib ki, YAP-ın apardığı kampaniya onu deməyə əsas verir ki, yerlərin böyük əksəriyyətini YAP qazanacaq: “YAP ölkənin ən aparıcı partiyası olduğu üçün buna şübhəmiz yoxdur. Son nəticələrdə böyük üstünlük bizim olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

