/ / YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21.11.2019 [09:57]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən, AXC-”Müsavat” hakimiyyətinin xalqı məhvə sürükləyən naşı siyasətindən bəhs açıb. T.Tağıyev bildirib ki, müstəqilliyinə yeni qovuşmuş Azərbaycanın suverenliyini təhlükə qarşısında qoyan AXC-”Müsavat” hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət ölkədə vətəndaş qarşıdurmasına, hərc-mərcliyə yol açdı. Belə bir zamanda Azərbaycan xalqı dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevə üz tutdu və Onu yenidən hakimiyyətə dəvət etdi. Bu, tarixi zərurət idi.
Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, YAP-ın yaranması Azərbaycanda yeni siyasi münasibətlərin, yeni siyasi sistemin yaradılmasını şərtləndirdi. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişdilər: “Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqla bərabər, sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasında da güclü təsir göstərdi. Başqa sözlə, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı”.
Millət vəkili vurğulayıb ki, YAP-ın ötən 27 ildə əldə etdiyi böyük nailiyyətlər fonunda tam qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti ilə birgə addımlayan, dövlətimizin qazandığı uğurlarda böyük pay sahibi olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub.
Çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətinin ötən 27 ildə qazandığı böyük nailiyyətlərdə YAP müstəsna rol oynayıb və bu gün də Prezident İlham Əliyevin Sədrliyi ilə hakim partiya olaraq eyni missiya ilə çıxış edir.
Daha sonra tədbirdə çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Günay İmanova və başqaları Yeni Azərbaycan Partiyasının ötən 27 il ərzində qazandığı uğurlardan bəhs açıblar. Natiqlər Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inamlarını ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olan gənclərə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12

