Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
25.01.2020 [10:54]
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Gəncənin 4 seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. N.Həmzəyev qeyd edib ki, prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti öz növbəsində ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaratdı.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək, ölkə gənclərinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, onların cəmiyyətdə layiqli təmsil olunması istiqamətində mühüm islahatların həyata keçirildiyini bildirib. Fuad Əliyev bütün gəncləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Musa Quliyev bu günün gənclərinin yüksək potensiala, intellektə malik olduğundan, ölkənin inkişafında, tərəqqisində yaxından iştirak etdiklərindən danışıb, onları qarşıdan gələn Milli Məclisə seçkilərdə “Daha güclü Azərbaycan naminə” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadə Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gənclərin, əvvəlki seçkilərdə olduğu kimi, parlament seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərinə, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Müşfiq Cəfərov ölkədə həyata keçirilən bütün proseslərdə gənclərin yaxından iştirakının dövlətin onlara olan inamından və etibarından irəli gəldiyini vurğulayıb. Hər zaman gənclərin təkliflərini, təşəbbüslərini dəstəkləməyə hazır olduğunu diqqətə çatdıran Müşfiq Cəfərov seçicilərin etimadını qazanaraq millət vəkili seçilərsə, bu etimadı layiqincə doğruldacağını qeyd edib.
Gənclərdən Nərmin Əliyeva, Valeh Əsədov, Ruslan Vəliyev, Əli Tağıyev və digərləri çıxış edərək, qarşıdan gələn Milli Məclisə seçki prosesində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini, “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20

