Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir

01.02.2020 [11:17]

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.
76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ziyafət Əsgərov növbəti görüşünü Astara rayonunun Şiyəkəran kəndində keçirib.
Deputatlığa namizəd Ziyafət Əsgərov görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra Şiyəkəran kəndinin seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb. Z.Əsgərov həmçinin Şiyəkəran kəndinin seçicilərinin “Daha güclü Azərbaycan naminə!” şüarı ilə təbliğat-təşviqat kampaniyası aparan YAP-ın namizədinə səs verəcəklərinə əminliyini bildirib.
Astara rayonunun Şiyəkəran kəndinin seçiciləri görüş zamanı 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Z.Əsgərova səs verəcəklərini də dilə gətirib, həmçinin qanunverici orqanda vətəndaşları təmsil edənlərə ünvanlanan təklif və tövsiyələrini səsləndiriblər.

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30