Deputatlığa namizəd Fatma Yıldırım Bərdədə seçicilərlə görüşlərini uğurla davam etdirir
06.02.2020 [09:48]
Yeni Azərbaycan Partiyasının (YAP) 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mehdixanlı kənd seçiciləri ilə görüşüb.
Görüşü YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz həyatında hiss edir. O, seçicilərə YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verərək əmin olduğunu bildirib ki, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm qələbəsini qazanacaq.
Deputatlığa namizəd Fatma Yıldırım YAP tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki proqramı və öz fəaliyyəti barəsində məlumat verib. O, deyib ki, iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə Dövlət proqramlarının qəbul olunması ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əməkhaqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb. Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya hazırlanması, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, bu sahəyə investisiyaların cəlb olunması, aqrar sektorda islahatların ikinci mərhələsinə başlanması barədə də danışan Fatma Yıldırım seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03

