Ceyhun Məmmədov seçicilərlə görüş keçirib
07.02.2020 [09:50]
Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov təbliğat kampaniyası çərçivəsində Beyləqan rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində seçicilərlə görüş keçirib. Deputatlığa namizəd öncə həyətlərdə seçicilərlə söhbət edib, seçki platforması haqqında onları məlumatlandırıb, eləcə də fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə fəal olmağa səsləyib.
Çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib və bildirib ki, YAP bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatılır. A.Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. O, deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verib və onun fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov ölkəmizdə həyata keçirilən islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib və həyata keçirilən islahatlar nəticəsində dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında da geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində fikirlərini bölüşüb. Tədbirin sonunda deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərin sallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

