/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib
17.06.2020 [09:12]
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında növbəti ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov əvvəlcə tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyətindən bəhs edib.
Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanıb. Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
YAP Sədrinin müavini vurğulayıb ki, Yeni Azərbaycan Partiyası da koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Belə ki, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə 530 min manatdan çox vəsait ianə edib, partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstəriblər.
Karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayında artımın müşahidə olunduğunu deyən Əli Əhmədov söyləyib ki, hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, verilən tövsiyələrə və qərarlara əməl etməlidir. Çünki dövlətin atdığı bütün addımlar insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına xidmət edir. Əli Əhmədov qeyd edib ki, partiyanın yerli strukturları da bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işləri aparmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

