/ / Riyad Rüstəmli: Gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və layiqli cəzalarına çatacaqlar
Riyad Rüstəmli: Gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və layiqli cəzalarına çatacaqlar
18.07.2020 [01:27]
“Azərbaycan xalqı öz dövləti və ordusu ilə həmrəydir. Bütün xalqımız, o cümlədən gənclərimiz Ali Baş Komandanın ətrafında sıx birləşib”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Riyad Rüstəmli deyib.
R.Rüstəmli bildirib ki, xalqımız öz iradəsini, vətənpərvərlik hissinə əsaslanan milli mənəvi birliyimizin gücünü, dövlət və dövlətçiliyə olan bağlılığını bir daha göstərdi: “Erməni təbliğatından hiddətlənən minlərlə həmvətənimiz, ilk növbədə, gənclərimiz Ali Baş Komandanımız İlham Əliyevlə, ordumuzla həmrəyliyini ifadə etmək üçün şəhər və rayonlarımızda kütləvi yürüşlər keçiriblər. Bu yürüşün ən möhtəşəmi iyulun 14-də Bakıda keçirilib. Bu yürüş Ali Baş Komandan və xalq birliyinin, ordu və vətəndaş həmrəyliyinin daha bir əyani göstəricisi oldu. Bir daha düşmənə və bütün dünyaya nümayiş etdirildi ki, Ali Baş Komandanımız İlham Əliyevə və ordumuza, qəhrəman zabit və əsgərlərimizə tam güvənən xalqımız tarixi torpaqlarımızı, o cümlədən Qarabağımızı işğaldan mütləq azad edəcək, 30 ilə yaxın müddətdə davam edən status-kvo ilə qətiyyən barışmayacaq”.
R.Rüstəmli təəssüflə deyib ki, həmin gün Şəhidlər xiyabanı və Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının kiçik bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub, dağıntılar törədib. “Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda, bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını gənclər olaraq qəti şəkildə pisləyirik. Bu cür təxribatları təşkil edənlər, məkrli niyyətlərini həyata keçirmək üçün fürsət gözləyənlər birmənalı şəkildə bilməlidirlər ki, onların planları artıq işləməyəcək, gənclərimizi hansısa təxribatda alətə çevirmək istəyənlər mütləq ifşa olunacaq və layiqli cəzalarına çatacaqlar. Unutmasınlar ki, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin və qələbəyə köklənən Ordumuzun yanındadır. Qarabağımızın azadlığına aparan yeganə yol da yalnız bu yoldur”, - YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri deyib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

