/ / Ayxan Əsgərov: Dövlətimizin başçısının COVID-19-a qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunu daha da artırıb
Ayxan Əsgərov: Dövlətimizin başçısının COVID-19-a qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunu daha da artırıb
18.07.2020 [01:28]
“Dünyada sürətlə yayılan COVID-19 pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Vəziyyətdən nisbətən az itkilərlə çıxmaq üçün indiki çətin şəraitdə özünü təcrid əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu baxımdan, Azərbaycanın qlobal həmrəylik çağırışları böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, dünyada COVID-19 pandemiyasının baş qaldırdığı ilk vaxtlardan etibarən Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Ayxan Əsgərov deyib.
A.Əsgərov bildirib ki, Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Onun sözlərinə görə, son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur: “Qısa müstəqillik tarixində respublikamızın beynəlxalq miqyasda böyük nüfuz qazanmasının başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Dövlət başçımızın COVID-19-a qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunu daha da artırıb. Dünya ölkələri COVID-19-la mübarizə yolları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal səciyyə daşıyan çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşləri keçirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində qlobal miqyasda pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmağa hesablanan videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Artıq BMT-yə üzv olan 130 dövlət Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının və hörmətinin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış edərək bir daha özünü dünya dövlətləri arasında rüsvay etdi və əsil cılız mahiyyətini göstərmiş oldu”.
Ayxan Əsgərov bildirib ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Prezident İlham Əliyevin təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının Sədri cənab İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Qutierreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsü dəstəkləyib.
“Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır”, - deyə o bildirib.
A.Əsgərov BMT Baş Assambleyasının xüsusi sessiyasından gözləntilərin böyük olduğunu vurğulayaraq deyib: “Pandemiyanın davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində bir araya gəlmələrinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etmələrinə və birlikdə həll yollarının tapılmasına böyük ehtiyac var. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

