Şəmsəddin Hacıyev: Hər birimiz Vətənimizin şərəfi və namusu yolunda müsəlləh əsgərik
18.07.2020 [01:33]
“İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törədib və bununla da bir daha öz faşist, işğalçı xislətini nümayiş etdirib. Şanlı Azərbaycan Ordusunun təxirəsalınmaz və qətiyyətli tədbirləri nəticəsində erməni faşistlərinin hücumunun qarşısı cəsarətlə alınıb, düşmənə layiqli cavab verilib. Ermənilərin bu təxribatının qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha təsdiq edir. Eyni zamanda, bu fakt xalqımızın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin, xalq, iqtidar və ordunun sarsılmaz birliyinin, yüksək vətənpərvərliyinin, həmrəyliyinin bariz sübutudur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, siyasi baxışlarından, yaşından, sosial statusundan, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşları pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətənimizin torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Silahlı Qüvvələrimizə, Ali Baş Komandana dəstəklərini ifadə ediblər. Sevindirici haldır ki, bu çətin, mürəkkəb bir zamanda, Vətənimizin ağır günlərində respublikamızda fəaliyyət göstərən müxtəlif siyasi partiyalar və təşkilatlar da yüksək siyasi mədəniyyət nümayiş etdirərək, bu prosesdən geri qalmayıb, milli həmrəylik göstərərək, Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların cəbhədə ermənilərin son təxribatları ilə əlaqədar yaydığı milli həmrəylik bəyanatı Azərbaycan xalqının birliyinin, dövlətçilik maraqlarının siyasi, partiya və şəxsi maraqlardan üstün olmasının əyani nümayişidir. Məhz bu prinsiplər əsl demokratik, sivil cəmiyyətlərə xas olan prinsiplərdir - xalqın, dövlətin, Vətənin maraqları hər şeydən üstün olmalıdır.
“Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, biz bu gün həm işğalçılarla, həm də yerli xəyanətkarlara qarşı vurşuruq. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, xalq tərəfindən yüksək coşğu ilə qarşılanıb. Əfsuslar olsun ki, onların arasına AXCP-nin tör-töküntüləri girib, bu gözəl prosesə kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışıblar. Lakin heç bir xain qüvvə, “beşinci kolon” xalq-iqtidar-ordu birliyini sarsıda bilməz. Bu, mümkün deyil. Xalq ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin ediləcəyinə, Qarabağın azad olunacağına əmindir”, - deyə o söyləyib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

