Kamil Mirzəyev: Bu təxribat işğalçı Ermənistanın təcavüzkar siyasətinin növbəti təzahürüdür
21.07.2020 [09:10]
“12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində mənfur düşmənlərimizin qəfildən hücuma keçmələri Ermənistanın yeritdiyi cılız siyasətin göstəricisidir. Hadisələr onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan, eyni zamanda, işğalçı və təcavüzkar mövqeyini davam etdirməklə sivil dəyərlərə məhəl qoymur və pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev deyib.
K.Mirzəyev bildirib ki, Ermənistan dövlətinin terrorçu və faşist mahiyyətində olması inkaredilməz həqiqətdir. O bildirib ki, Azərbaycan Ordusunun düşmən təxribatına qarşı əks tədbirləri adekvat xarakter daşıyıb, işğalçı Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Onun sözlərinə görə, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri müzəffər ordumuz tərəfindən iflasa uğradılır və dövlətimiz öz sərhədlərini qoruyur: “Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir. Faktlar da təsdiqləyir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cılız və zəifdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da dövlətimizin başçısı Ermənistanın növbəti təxribatının qarşısının qətiyyətlə alındığını və adekvat cavab verildiyini vurğuladı. Cənab Prezident dedi ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
Rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Həmçinin Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alır: “Belə bir qüdrətli ordunun qarşısında, əlbəttə ki, gücsüz və taqətsiz Ermənistan ordusu duruş gətirə bilməz. Prezident İlham Əliyev mütəmadi olaraq çıxışlarında düşmənə xəbərdarlıq edir, atəşkəs rejimi pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə, ordumuzun buna adekvat cavab verəcəyi barədə bəyanatlar səsləndirir. Bu gün Azərbaycan Ordusunun bütün şəxsi heyətində böyük ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi müşahidə olunur. Ordumuz Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır”.
K.Mirzəyev deyib ki, işğalçı dövlətin mütəmadi olaraq atəşkəsi pozması, təmas xəttində təxribat törətməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir: “Dünya ictimaiyyəti bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə, hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir. Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasını bir daha göstərdi”.
“Orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Son hadisələr bir daha Azərbaycan dövlətinin gücünü, xalq-iqtidar birliyini göstərdi. Lakin bu yürüşdən istifadə edən anti-azərbaycançı qüvvələr təxribata yol verdilər. Onlar tərəfindən idarə olunan bir qrup gənc Milli Məclisə daxil olaraq binaya zərər vurmağa cəhd ediblər. İndiki zamanda bu, xəyanətdir, düşmənin dəyirmanına su tökməkdir. Milli Məclis dövlətimizin ali qanunverici orqanıdır. Anti-azərbaycan qüvvələrinin bu yolverilməz addımı dövlətə, dövlətçiliyimizə, müqəddəs şəhidlərimizə və xalqımızın öz qəhrəman şəhidlərinin xatirəsinə bəslədiyi böyük ehtirama yönələn cinayətdir”, - deyən K.Mirzəyev əlavə edib ki, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir, Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcək. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

