/ / YAP İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda videokonfrans keçirilib
YAP İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda videokonfrans keçirilib
24.07.2020 [23:43]
İyulun 24-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları üçün “münbit” zəmin yaradıb. Onun sözlərinə görə, iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində baş verən qanlı toqquşmalar da bunun nümunəsi sayıla bilər: “Təəssüf ki, ayrı-ayrı beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri müxtəlif dövrlərdə erməni təxribatı nəticəsində baş verən qanlı toqquşmalarla əlaqədar ədalətli mövqe ortaya qoymaq əvəzinə, tarazlı, balanslaşdırılmış bəyanatlar səsləndirməyə üstünlük verirlər. Həqiqət isə budur ki, bu cür bəyanatlar, əslində, mahiyyət etibarilə təcavüzkar Ermənistanın gizli yollarla dəstəklənməsi effektini yaradır. Bu da onları növbəti təxribatlar törətməyə həvəsləndirir. Erməni tərəfinin bu təxribatları törətməkdə məqsədi münaqişənin ədalətli həllini uzatmaqdır”.
Əli Əhmədov qeyd edib ki, Ermənistan bu təxribatı törətməklə münaqişənin coğrafiyasını və onun iştirakçılarının sayını artırmaq niyyətini ortaya qoymuşdu. Başqa niyyətləri də o idi ki, Aprel döyüşlərindən sonra yaşadıqları uğursuzluq və gücsüzlük sindromundan xilas olsunlar. Amma ordumuzun düşmənə sarsıdıcı zərbələri nəinki onların bu sindromdan xilas olmasına kömək etmədi, əksinə, bu zərbələrin təsirindən, yəqin ki, təxribat törətməklərindən ciddi şəkildə peşman olublar.
Baş verən hadisənin nəticələrindən danışan YAP Sədrinin müavini qeyd edib ki, döyüşlər nəticəsində bir daha sübut olundu ki, ordumuz bütün parametrlər üzrə erməni ordusundan xeyli üstündür. Bu, erməni tərəfinə növbəti dəfə dərs oldu. Digər tərəfdən, döyüşlər bütün dünyaya Azərbaycan və Ermənistanın hansı döyüş potensialına malik olduğunu göstərdi.
“İkinci nəticə siyasi-diplomatik müstəvidə özünü göstərdi. Məlumdur ki, Ermənistan xislətinə uyğun olaraq bu hadisələrə görə günahı Azərbaycanın üzərinə yıxmağa çalışdı. Amma tam iflasa uğradılar, ermənilər kənar qüvvələrin onlara dəstək verəcəklərini gözləsələr də, bu baş vermədi. Azərbaycan isə beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Bütün ciddi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər ölkəmizin ədalətli mövqeyini dəstəklədilər. Bir daha bu münaqişənin ədalətli yolla həll olunması çağırışları səsləndirildi. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir”.
Əli Əhmədovun fikrincə, baş verən hadisələrdən çıxan bir nəticə də Azərbaycan xalqının hərbi-vətənpərvərlik ruhunun yüksəlməsi ilə əlaqədardır: “Tovuz istiqamətində gedən döyüşlər xalqımızın, xüsusilə gənclərimizin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Vətəndaşlarımız Azərbyacan torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. İyulun 14-dən 15-ə keçən gecə Bakıda və digər bölgələrdə keçirilən aksiyalar, yürüşlər bu həqiqəti ortaya qoydu. Azərbaycan gəncliyi ordu, dövlət və Prezident İlham Əliyevlə bir olduğunu nümayiş etdirdi. Bu fakt ordunun döyüş ruhunu artırmağa xidmət edən ən mühüm faktlardan biri kimi qeyd olunmalıdır. Ordumuzun şücaəti, düşmənə endirilən sarsıdıcı zərbələr bizi addım-addım torpaqlarımızın işğaldan azad olunmasına yaxınlaşdırır. Biz arzu edirik ki, ərazi bütövlüyümüzün bərpa olunması, xalqımızın pozulmuş hüquqlarının bərpası qan tökülməklə deyil, dinc yolla həyata keçirilsin. Bu isə Ermənistanın seçimidir. Ermənistan bu seçimdən imtina edəcəksə, onda Azərbaycan Ordusu və xalqı pozulmuş hüquqlarını bərpa etmək, torpaqlarımızı azad etmək üçün ən təsirli addımları atmağa hazır olduğunu və qələbəsini təmin etmək qüdrətini sübuta yetirəcək”.
Videokonfransda, həmçinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Arzu Nağıyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edərək Ermənistanın törətdiyi növbəti hərbi təxribat barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, işğalçı Ermənistan bu təxribatı törətməklə öz məkrli məqsədlərinə nail olmayıb. Azərbaycan Ordusu qarşı tərəfə layiqli cavab verib. Bildirilib ki, Ermənistanın məqsədi öz daxili problemlərindən diqqəti yayındırmaq, həmçinin Azərbaycanın artan beynəlxalq nüfuzuna zərbə vurmaqdan ibarət olub. Amma işğalçı ölkə heç bir məqsədinə nail ola bilməyib.
Çıxışlarda qeyd edilib ki, döyüş və diplomatiya müstəvisində məğlub olan ermənilər beynəlxalq terrora əl atıb. Bunu bir sıra ölkələrdə Azərbaycan diasporuna və diplomatik korpuslara edilən hücumlar da təsdiqləyir.
Videokonfransa yekun vuran YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd edib ki, bu gün güclü və qüdrətli Azərbaycanın qarşısında təlaş içində vurnuxan Ermənistan dayanıb. Onun sözlərinə görə, Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir və biz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qələbəyə nail olacağıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

