YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə yüksək bal toplayan məzunlarla görüş keçirilib
22.09.2020 [08:44]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında M.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla karantin rejimin qaydalarına uyğun şəkildə görüş keçirilib. Görüşdə Milli Məclisinin deputatı Kamaləddin Qafarov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yeni tədris ilində gənclərə uğurlar arzulayıb. Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışan R.Göyüşov bildirib ki, bu siyasətin uğurlu nəticələri Binəqədi rayonunun həyatında da öz əksini tapıb. O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü inkişaf və tərəqqiyə söykənən siyasətinin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı K.Qafarov Binəqədi rayonunun çətin bilik yarışında qalib çıxan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə təbrik edərək bildirib ki, onların tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır: “Çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək, gecə-gündüz çalışaraq tələbə adına qovuşmaq böyük fədakarlıqdır. Qarşınızda xalqımızın xoş rifahı və tərəqqisi yolunda böyük və məsul vəzifələr durur”.
Daha sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edən məzunlara Milli Məclisinin deputatı K.Qafarov və YAP Binəqədi rayon təşkilatının sədri R.Göyüşov tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Yüksək bal toplayan məzunlar adından çıxış edən 100 №-li tam orta məktəbin məzunu M.Rzayev YAP Binəqədi rayon təşkilatına və millət vəkili K.Qafarova təşəkkür edib. Daha sonra çıxış edən 30 nömrəli məktəbin direktoru Rübabə Abdullayeva, 99 nömrəli məktəbin direktoru Ofelya Məmmədova və bu il 700 ballıq ən yüksək nəticə göstərmiş Əziz Kərimlinin oxuduğu 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev çıxış edərək son illər Prezident İlham Əliyev tərəfindən təhsilin davamlı inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

