/ / YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib
YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib
25.09.2020 [00:00]
Əli Əhmədov: Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir
Sentyabrın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir. Onun fikrincə, hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “facebook” və “tvitter” iştirakçılarının sayı artır. Belə ki, “facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “tvitter iştirakçılarının və istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “facebook” və “tvitter” kimi platfarmalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirkaçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələr də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrın yaradılması müzakirə olunur”.
Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğaımn aparılması geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır. Onun sözlərinə görə, belə hallara qarşı ictimai qınaq da effekt vermir. YAP Sədrinin müavini qeyd edib ki, bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması məqsədəuyğundur.
Videokonfransda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. YAP İcra Katibliyinin bu mövzuda təşkil etdiyi konfransın əhəmiyyətli olduğunu deyən Əli Hüseynli tədbirdə müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirak etməsi də ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığının nümunəsidir.
Birinci vitse-spiker qeyd edib ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir. Onun sözlərinə görə, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrlə əlaqədar məsələlər Azərbaycan qanunvericiliyində müəyyən qədər öz əksini tapır. Amma onun tətbiqi üçün müvafiq addımlar atılmalıdır.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında sosial şəbəkələr vasiitəsilə yalan məlumatların, təhqir və böhtanların geniş yayıldığını bildirib. O qeyd edib ki, ona görə də bu platformanın hüquqi cəhətdən tənzimlənməsi olduqca vacibdir.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da çıxış edərək sosial şəbəkələrin geniş yayılmasının qarşısıalınmaz bir proses olduğunu deyib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu platforma ciddi problemlər yaradır, digər ölkələrdə isə cəmiyyətin inkişafına böyük töhfələr verir. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə də sosial şəbəkələr cəmiyyətimizə daha çox fayda versin.
Çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışırlar. Ona görə də, bu cür hesabların bağlanması yolları tapılmalıdır. Eyni zamanda, rəsmi sənədlər vasitəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmək üçün mexanizmlər tətbiq olunmalıdır. Bu mexanizmlərin tətbiqi bu platformanın yaratdığı problemlərin qarşısını xeyli dərəcədə ala bilər.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev də sosial şəbəkələrlə bağlı dünya ölkələrinin təcrübəsi, bu platformanın hüquqi tənzimləmə mexanizminin yaradılması ilə bağlı aparılan müzakirələr haqqında fikirlərini bildirib, təkliflərini irəli sürüb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

