/ / Hüseyn Paşayev: Yeni Azərbaycan Partiyası Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Hüseyn Paşayev: Yeni Azərbaycan Partiyası Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
23.10.2020 [09:01]
Yeni Azərbaycan Partiyası (YAP) Vətən müharibəsinin davam etdiyi bu günlər ərzində döyüş bölgəsindən uzaqlarda yerləşən, lakin xain erməni hərbçilərinin bombardmanlarından zərər çəkmiş yaşayış məntəqələrimizdə evləri bu və ya digər dərəcədə dağılmış sakinlərə yardım məqsədilə geniş layihələr həyata keçirməkdədir.
AZƏRTAC xəbər verir ki, barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev ötən gün partiyanın nümayəndə heyətinin Gəncə şəhərinə səfəri zamanı səsləndirilmiş qərarı şərh edərkən bildirib.
H.Paşayev qeyd edib ki, Milli Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi əməliyyatlar Azərbaycanın haqq işidir. Azərbaycan əsgərinin bu müharibədə hədəfi nə yaşayış məskənləri, nə mülki obyektlər, nə də dinc sakinlərdir. Lakin vəhşi xislətli ermənilərin və onların işğalçı ordusunun yaşayış məntəqələrimizi hədəfə çevirməsi nəticəsində yüzlərlə dinc sakinimiz yaralanıb, onlarla uşaq, qadın və qoca həyatını itirib. Təəssüf ki, döyüş bölgəsindən çox-çox uzaqlarda yerləşən Gəncə şəhərində də daha irimiqyaslı dağıntıların şahidi olduq. Onlarla dinc sakin həyatını itirdi, yüzlərlə yaralımız var. Yeni Azərbaycan Partiyası erməni vəhşiliyinin qurbanı olmuş 8 ailədə valideynlərini itirmiş 10 azyaşlı uşağın himayəyə götürülməsi barədə qərar qəbul edib. Qəbul edilmiş qərara əsasən, 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcək. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaq.
Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə şəhərində raket zərbələri nəticəsində evləri dağılmış daha 5 ailənin himayəyə götürülməsi ilə bağlı da müvafiq addımlar atılıb. Belə ki, qəbul edilmiş qərara əsasən, həmin 5 ailəyə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı, ayda 300 manat olmaqla, YAP tərəfindən ödəniləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

