/ / Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şuşa şəhərinin azad edilməsi münasibətilə Yeni Azərbaycan Partiyasının müraciəti
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Şuşa şəhərinin azad edilməsi münasibətilə Yeni Azərbaycan Partiyasının müraciəti
11.11.2020 [10:19]
Zati-aliləri, müzəffər Ali Baş Komandanımız!
Ali rəhbərliyiniz altında Azərbaycan Ordusunun daha bir möhtəşəm qələbəsi - Qarabağın və bütün Qafqazın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqına və ürəyi Azərbaycanla döyünən hər kəsə böyük sevinc, fərəh və qürur hisləri bəxş etmişdir.
Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının zəfər xəbərləri yayıldıqca ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın azadlığa qovuşacağı günün sürətlə yaxınlaşdığına hər birimiz daha dərindən inanır və o günü səbirsizliklə gözləyirdik.
Nəhayət, Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək, 28 il yarım davam edən həsrətə son qoydu. 8 noyabr günü Azərbaycanın şanlı tarixinə əbədi olaraq həkk edildi.
Bu qələbə Ulu Öndər Heydər Əliyev yoluna sadiq lider kimi Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqi nəticəsidir. Uğurla həyata keçirdiyiniz müstəqil dövlət quruculuğu siyasəti, iqtisadiyyatın inkişaf etdirilməsi, sosial rifahın yüksəldilməsi, güclü ordunun yaradılması ölkəmizdə möhkəm siyasi sabitliyi, iqtidar-xalq birliyini, milli həmrəyliyi təmin edərək Silahlı Qüvvələrimizin zəfər yürüşünün möhkəm təməllərini formalaşdırmışdır.
Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli düşünülmüş xarici siyasət kursunun, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq konepsiyasının rolunu ayrıca qeyd etmək yerinə düşər. Bütün mötəbər beynəlxalq kürsülərdə və platformalarda Ermənistanın işğalçı mahiyyətini ifşa edən hücum diplomatiyası sayəsində beynəlxalq hüquq müstəvisində Azərbaycanın haqq mövqeyini dəstəkləyən əlverişli zəminin yaradılması qələbəmizi şərtləndirən mühüm amildir.
Azərbaycanın son bir necə yüzillik tarixində ən böyük qələbəsi olan şanlı Vətən müharibəsinin uğurlarının əsasında lider amilinin dayandığını xüsusi vurğulamaq istəyirik. Hamılıqla etiraf etdiyimiz gerçəklik ondan ibarətdir ki, Sizin Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda qələbələrimizin əsas şərtidir. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalğalandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadını sonacan doğrultmaq əzmində olmağınızdan xəbər verir.
Biz sevinir və qürur duyuruq ki, rəşadətli Azərbaycan əsgəri Qarabağ savaşı başlayan dövrdən etibarən verilən qurbanların, şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, savaş meydanında düşmənə endirilən sarsıdıcı zərbələrdən və qazanılan qələbələrdən onların ruhları şad olur.
Sizin qeyd etdiyiniz kimi, Azərbaycan Ordusunun zəfər yürüşü isə davam edir və düşmən sonadək bütün torpaqlarımızdan qovulacaqdır. Şuşanın, doğma Qarabağın işğaldan tam azad edilməsi xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm səhifəsini təşkil edəcəkdir. Uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhvədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbələrin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.
Cənab Prezident!
Siz Azərbaycanın yeni tarixini yaradırsınız. Tarix isə Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edir.
Allah Sizi və Azərbaycanı qorusun!
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

