/ / Şəmsəddin Hacıyev: Azərbaycan xalqı bu gün misilsiz qələbə sevinci, yüksək fəxarət duyğusu, hədsiz fərəh və qürur hissləri yaşayır
Şəmsəddin Hacıyev: Azərbaycan xalqı bu gün misilsiz qələbə sevinci, yüksək fəxarət duyğusu, hədsiz fərəh və qürur hissləri yaşayır
13.11.2020 [09:05]
“Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğusu, hədsiz fərəh, qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı”. Bu sözləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, onilliklər boyunca Vətən torpağında həlak olan şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın, körpələrin, qadınların, uşaqların, ahılların doğma yurd-yuvasından didərgin salınan soydaşlarımızın qisası bu faciələri törədən erməni qatillərindən və onların cinayətkar, faşist dövlətindən alındı: “Ali Baş Komandan İlham Əliyev xalq-iqtidar-ordu birliyinin nəticəsi olan “dəmir yumruğ”u ilə işğalçı Ermənistanın belini qırdı, sözün əsl mənasında, terror dövləti olan bu kriminal rejimin, ümumilikdə “dünya erməniliyi” mifinin başını əzdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla dünya ictimaiyyətinə nümayiş etdirdi. Eyni zamanda, bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, bu günlərdə misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan xalq-lider-ordu birliyini daha yüksək səviyyəyə qaldırdı”.
Şəmsəddin Hacıyevin sözlərinə görə, xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu: “Möhtərəm Prezidentimiz Öz qətiyyəti, sarsılmaz iradəsi, cəsərəti ilə, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməklə Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və şəhidlərimizin qisasını aldı. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Öz adını Müzəffər sərkərdə kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Prezident İlham Əliyev Azərbaycanın ürəyi olan Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı Şuşa şəhərini, eyni zamanda, 28 ildir ki, işğal altında olan Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə, Azərbaycanın mənfur düşmən tapdağında olan ərazilərini işğaldan azad etdi. Vətən Müharibəsində qazandığımız bu tarixi qələbədə, əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün əsgər və zabitlərinin, Azərbaycan hərbçilərinin misilsiz rolu mütləqdir”.
Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandığını deyən rayon təşkilatının sədri bildirib ki, ölkəmiz XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi: “Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincimizi, Vətən torpağının azadlığını biz Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər bir günündə düşmənin başına od ələyən, onu əzib keçən, Azərbaycan xalqına hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən Azərbaycan əsgərlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır”.
O vurğulayıb ki, bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və torpaqlarımızı azad edən Azərbaycan Ordusunun bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək.
“İşğaldan azad olunan Azərbaycan torpaqlarında, Şuşada bu gün 28 ildən sonra azan səsləndirilir, şanlı Azərbaycan bayrağı dalğalanır, uzun illərdir, ermənilər tərəfindən işğal altında saxlanılan 132 km-lik Azərbaycan-İran sərhədində artıq Azərbaycan sərhədçiləri dayanır, gənc nəslin tarix dərsliklərində haqqında oxuduğu Xudafərin körpüsündə Azərbaycan bayrağı ucalır və Azərbaycan xalqı Qarabağa qayıdır. Müzəffər Ali Baş Komandanımızın sözləri ilə desək: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bəli, biz Qarabağa qayıdırıq. Biz işğaldan azad olunan o torpaqları cənnətə çevirəcəyik. Dağıdılmış məscidlərimizi, məktəblərimizi, digər sosial infrastruktur obyektlərimizi yenidən quracağıq, yaradacağıq, tikəcəyik, dağıdılmış iqtisadiyyatı bərpa edəcəyik. Bu bölgədə mövcud olan böyük potensialı iqtisadi dövriyyəyə cəlb edəcəyik. Ərazi bütövlüyü bərpa olunmuş müstəqil Azərbaycanı ən inkişaf etmiş dövlətlərdən birinə çevirəcəyik.
Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki bu xalq Müzəffər Ali Baş Komandan İlham Əliyevə inandı və “dəmir yumruğu” ilə müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ! Möhtəşəm Azərbaycanın şanlı tarixinin yeni salnaməsi başlayır! Yaşasın Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın yenilməz, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Və bu həqiqət əbədidir”, - deyə Şəmsəddin Hacıyev söyləyib.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

