/ / YAP Qaradağ rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə onlayn konfrans keçirib
YAP Qaradağ rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə onlayn konfrans keçirib
20.11.2020 [19:50]
YAP Qaradağ rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə onlayn konfrans keçirib. Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən noyabrın 21-i əlamətdar bir gündür. 1992-ci ilin bu günü YAP-ın yaranması tarixi zərurət idi. Çünki müstəqil respublikamızın ilkin illərində ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütliyünün səriştəsiz rəhbərliyi nəticəsində Azərbaycan parçalanaraq bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu Öndər Heydər Əliyevin bu müraciətə cavabı, əslində, proqram xarakterli bir sənəd və inkişafımızın strategiyası idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi.
Aydın Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir dövrə qədəm qoydu, parçalanmaq, vətəndaş müharibəsindən və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Ölkədə daxili ictimai-siyasi sabitlik yarandı,qanunun aliliyi qorundu və yeni bir inkişaf dövrünə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev qətiyyətli rəhbərliyi ilə ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk öncə konfrans iştirakçılarını 44 günlük vətən müharibəsinin Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnməsi münasibəti ilə təbrik edib. Vətən uğrunda şəhid olmuş əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
S.Mikayılov Ulu Öndərin sözlərini xatırlayaraq bildirib ki, bu gün Azərbaycan bütün dünyaya “günəş kimi doğdu”. Bu gün beynəlxalq aləmə göstərildi ki, həm diplomatik danışıqlarda, həm hərb meydanında Azərbaycan öz sözünü deyən ölkədir. 30 illik danışıqlar nəticəsində işğal etdiyi torpaqları boşaltmayan Ermənistan hərb meydanında uduzdu.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədridir və birmənalı şəkildə hamıya bəllidir ki, Azərbaycanda əldə olunan inkişaf, tərəqqi iqtidarda olan YAP-ın fəaliyyətinin nəticəsidir. YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib.
Daha sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməmməd Məmmədzadə, təşkilatın fəal üzvləri Könül Əhmədova, Ramiz Hüseynov və Elnur Bağırov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan geniş bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25

