YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
28.11.2020 [01:44]
Noyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının tövsiyə edilməsinə dair noyabrın 25-də qəbul etdiyi qətnamə müzakirə edilib, həmin sənədin münaqişənin həlli istiqamətindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi olub.
Müzakirələrdə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirib.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb olunur. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir.
İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.
Müzakirələrin yekunu olaraq YAP-ın adından Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

