Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

15.04.2021 [08:49]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Bülbülə qəsəbəsində Azərbaycan Prezidenti tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Cavid Qorxmaz oğlu Cabarzadənin və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Osman Natiq oğlu Manafovun ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Hər iki şəhid ailəsi ilə görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibəti hamı üçün nümunə təşkil edir. Bu baxımdan YAP Suraxanı rayon təşkilatı da hər zaman şəhid ailələrinin yanındadır.
V.Seyidov onu da qeyd edib ki, Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31