/ / YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb
YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb
24.04.2021 [10:06]
Aprelin 23-də Yeni Azərbaycan Partıyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çernobıl faciəsinin baş verməsinin 35 –ci ildönümü ərəfəsində Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb.
Görüşdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tahir Budaqov bildirib ki, Çernobıl AES-də baş vermiş qəza miqyası baxımından ötən əsrin ən böyük texnogen fəlakətlərindən biridir. O dövrdə Azərbaycandan 8 min nəfərə yaxın insan qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bu faciə həmin insanların sağlamlığına da təsirsiz ötüşmədi. Bu insanların bir qismi şüalanma nəticəsində dünyasını dəyişdi, digərlərinin isə sağlamlığında ciddi problemlər yaşanmağa başladı.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün insanların göstərdikləri fədakarlıq faciənin miqyasının daha da genişlənməsinin qarşısını aldı. Keçmiş SSRİ rəhbərliyinin Çernobıl faciəsinin ağır nəticələrini gizlətməyə çalışdığını xatırladan Tahir Budaqov diqqətə çatdırıb ki, o dövrdə yalnız SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev qəzanın baş verdiyi zonaya səfər edib və faciənin nəticələrinin aradan qaldırılması istiqamətində böyük səylər göstərib.
Çernobıl faciəsinin nəticələrindən əziyyət çəkən insanların dövlət qayğısından kənarda qaldığını xatırladan YAP sədrinin müavini vurğulayıb ki, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi bu sahəyə də xüsusi diqqət yetirilib, Çernobıl əlillərinin sosial hüquqlarının müdafiəsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında qəzanın nəticələrinin ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında qanun qəbul edilib.
Tahir Budaqov hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Təşkilatın 31-ci ildir ki, fəaliyyət göstərdiyini deyən Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov Çernobıl əlillərinin dövlət qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, Ulu Öndər tərəfindən hər zaman Çernobıl əlllərinə diqqət və qayğı göstərilib. Hazırda isə Prezidentimiz İlham Əliyev bu siyasəti davam etdirir.
Mirhəsən Həsənov deyib ki, bu gün Çernobıl əlillərinin mənzillə təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu da dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsidir. Çernobıl əlillərinin Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiyini deyən Mirhəsən Həsənov cəmiyyət üzvlərinin 95 faizinin YAP-ın sıralarında təmsil olunduğunu da diqqətə çatdırıb. O, həmçinin Çernobıl əlillərinin övladlarının könüllü olaraq Vətən müharibəsində iştirak etdiyini də bildirib.
Görüşün sonunda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinə Vətən müharibəsində şanlı qələbəyə həsr olunmuş “Zəfər Salnaməsi”adlı kitab və xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

