Ramiz Hüseynov: Tarixi həqiqətlərin təhrifi yolverilməzdir
27.04.2021 [08:31]
“Qondarma erməni “soyqırımı” məsələsi özünü dünyaya məzlum kimi təqdim etməyə çalışan ermənilərin, bu saxta iddialardan təzyiq kimi istifadə etməyə cəhd göstərən bəzi xarici siyasi qüvvələrin manipulyasiya vasitəsidir. Bu mənada, belə saxta iddiaların ABŞ Prezidenti tərəfindən səsləndirilməsi, tarixi həqiqətlərin təhrifi yolverilməzdir. 1915-ci ildə baş verənlərin araşdırılmasına ciddi cəhdlə mane olan ermənilər özləri də bilirlər ki, tarixdə “erməni soyqırımı” adlı bir hadisə baş verməyib. Tam əksinə, istər 1915-ci ildə, istər 1918-ci ildə, istərsə də 1990-1993-cü illərdə ermənilər həm türklərə, həm də azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər”. Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, tarixi təhrif edərək ortaya atılan və baş verməyən bir qondarma “soyqırımı” məsələsinə “ciddi” yanaşan xarici dövlətlər və ya dairələr nə üçün cəmi 30 il öncə baş vermiş Xocalı soyqırımına əsl qiyməti vermirlər?
R.Hüseynov deyib ki, bu, bir daha dünyada fərqli standartların olmasından xəbər verir: “Ermənilər 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda, Zəngəzurda, Göyçayda və digər regionlarımızda on minlərlə günahsız insanı, 1992-ci ilin fevralın 26-da Xocalıda yüzlərlə dinc əhalini, uşağı, qocanı qətl edib, bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədiblər. Hər zaman vəhşiliyi, vandalizmi özünün dövlət siyasəti kimi qəbul edən, işğalçılığı, terrorizmi özünün ən ali məqsədi sayan ermənilər dünyada özlərinin məzlum obrazını yaratmaq istəyirlər. Ermənilər qondarma “soyqırımı” iddiaları kimi yalanlar üzərindən özlərinə yeni tarix yazmaq niyyətindədirlər. Amma bu baş tutmayacaq. Çünki tarixi təhrif edib yenidən yazmaq cəhdi yolverilməzdir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

