YAP Şabran rayon təşkilatının IX hesabat konfransı keçirilib
08.09.2021 [09:07]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrlə, həmçinin ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.
M.Balabəyov qeyd edib ki, hazırda YAP Şabran rayon təşkilatı 76 ərazi ilk partiya təşkilatında 5704 üzvü birləşdirir. Onların 2877 nəfəri qadın, 2347 nəfəri isə gəncdir.
Sonra YAP Şabran rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əmircan Ocaqov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov, rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Turan İsgəndərova, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, partiya üzvü Xalidə Əliyeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliyə, təkmilləşməyə xüsusi önəm verərək, fəaliyyətini dövrün, zamanın tələblərinə uyğun qurur, yeni reallıqların qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün bütün qüvvə və səylərini səfərbər edir. Partiyanın VII Qurultayı tarixi Zəfərimizdən sonrakı dövrə təsadüf etdiyi üçün yeni hədəflərə uyğun qəbul edilən qərarlar istər ölkəmizin, istərsə də partiyamızın həyatında olduqca əhəmiyyətlidir. Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Ərazi bütövlüyümüzün bərpa olunması, tarixi torpaqlarımızın öz sahibinə qaytarılması qürurverici olmaqla yanaşı, daha böyük işlərə, qələbəmizin nəticələrini möhkəmləndirməyə çağırış edir.
Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Şabran rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Şabran rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

