/ / YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda videokonfrans keçirilib
YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda videokonfrans keçirilib
09.09.2021 [09:03]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının təşkilatçılığı ilə “Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə YAP Veteranlar Şurasının üzvləri, partiyanın Bakı, Sumqayıt, Abşeron, Şəki-Zaqatala və Cənub zonaları üzrə yerli təşkilatlarının fəalları iştirak ediblər.
Videokonfransda giriş sözü ilə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.
A.Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.
“Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Bu gün Azərbaycan etnik müxtəlifliyə görə zəngin ölkədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması da ölkəmizin böyük uğurudur.
“Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”, - deyən akademik qeyd edib ki, Azərbaycan xalqının ruhundakı multikulturalizm əhval-ruhiyyəsi bütün dünyaya yaxşı məlumdur. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları öz ətrafında birləşdirir. Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq.
Kamal Abdullanın sözlərinə görə, Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasında, inkişafında və təbliğ olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır: “Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir”.
Tədbirdə məruzə ətrafında YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova və Ədalət Fərəcov çıxış ediblər.
Sonda akademik Kamal Abdulla videokonfrans iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

