YAP Mərkəzi Aparatında “Xalqın inamının və etibarının təcəssümü” adlı konfrans keçirilib
16.11.2021 [16:50]
Noyabrın 16-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Veteranlar Şurasının təşkilatçılığı ilə partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş “Xalqın inamının və etibarının təcəssümü” adlı konfrans keçirilib.
Tədbirdə YAP Veteranlar Şurasının üzvləri, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının, eləcə də Abşeron rayon və Sumqayıt şəhər təşkilatlarının fəalları iştirak ediblər.
Konfransda Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, hazırda 760 min nəfərdən çox üzvü olan partiyamız ötən 29 ildə şərəfli yol keçib. Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmadığını deyən A.Rəhimzadənin sözlərinə görə, partiyamız Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.
“Partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atır. Veteranlar Şurasının üzvləri olaraq biz partiyamızın yaranma tarixini, keçdiyi yolu gənc nəslə çatdırmalıyıq. Bu baxımdan, üzərimizə böyük vəzifələr düşür”, - deyə YAP Veteranlar Şurasının sədri vurğulayıb.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Şəmsəddin Xanbabayev bildirib ki, müstəqilliyimizin ilk illərində YAP-ın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü. 21 noyabr 1992-ci ildə yaranan partiya ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Ş.Xanbabyev həmçinin, bu il YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların və partiyada həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
YAP Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcov də çıxışında partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs edib. O qeyd edib ki, 1990-cı illərdə mövcud olan xaos və anarxiya ölkəni məhv olmaq təhlükəsi ilə üzləşdirmişdi: “Ona görə də, xalq öz nicatını böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bir qrup ziyalı Ulu Öndərə müraciət edərək onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını xahiş etdi. Beləliklə, 1992-ci ilin noyabr ayında partiya yarandı və qısa müddət ərzində hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmiz böhrandan xilas olaraq inkişaf yoluna çıxdı”.
Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü dövlətə çevrildiyini deyən Ə.Fərəcov cənab İlham Əliyevin Qarabağın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyi vurğulayıb. Bu gün Qarabağın dirçəlişi yolunda görülən işlər hər bir vətəndaşda qürur hissi doğurur.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev qeyd edib ki, 29 il öncə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Vətənimizi üzləşdiyi təhlükələrdən xilas etmək amalı ilə yaradıldı. Onun fikrincə, partiyamızın yaradılması müstəqil Azərbaycan dövlətinin formalaşması prosesinə ciddi təsir göstərdi.
YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov da çıxışında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən danışıb, 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin Naxçıvanda partiyanın təsis konfransı ilə bağlı faktları diqqətə çatdırıb və qeyd edib ki, YAP öz tarixi missiyasını şərəflə həyata keçirib.
YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca isə ümummilli liderimiz Heydər Əliyev haqqında xatirələrini bölüşüb, Ulu Öndərimizin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib: “Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış müasir Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi idi”.
YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov da çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, dövlətimizin güclənməsi prosesindəki rolundan söhbət açıb.
Sonra tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

