YAP Laçın rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib
24.12.2021 [11:53]
Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Laçın rayonunun icra strukturları, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ərazi ilk partiya təşkilatlarının sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, digər idarə və müəssisələrinin rəhbərləri, və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyəti inzibati binası qarşısındakı büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Laçın Rayon İcra Hakimiyyəti inzibati binasının iclas salonunda davam etdirilib. YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov tədbirdə çıxış edərək bildirib ki, cənab İlham Əliyevin 18 illik fəaliyyəti Azərbaycan tarixinin unudulmaz səhifələrindəndir: “Cənab İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən “hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına” söz verib və bu günə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, Vətənin mənafeyi uğrunda çalışıb və çıxışlarında qətiyyətlə qeyd edib ki, biz işğalda olan torpaqlarımızı mütləq azad edəcəyik. Azərbaycan Prezidentinin ata vəsiyyətinə sədaqəti və xalq qarşısında verdiyi vəd 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində Qarabağ torpaqlarının düşmən işğalından azad olunması ilə öz təsdiqini tapdı”.
Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tədbirdə çıxış edərək ölkə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildiyini, bu illər ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunduğunu bildirib. A.Nəzərli çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev yenilməz sərkərdəlik bacarığı və mahir diplomat kimi 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atması ilə tariximizə torpaqlarımızı işğaldan azad edən, xalqımızı böyük bəladan qurtaran xilaskar kimi düşüb.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Prezident İlham Əliyev on səkkiz illik fəaliyyəti dövründə ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, əhalinin rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Qeyd edilib k, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Konfransda Prezident cənab İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən film də nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

