Partiyamızın əsas məqsədi insanlara xidmət etməkdir
24.10.2010 [11:27]
YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən millət vəkilliyinə namizədi Elman Məmmədov dünən şuşalı qaçqın və məcburi köçkünlərlə görüşüb.
Görüşdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Yeni Azərbaycan Partiyasının əsas məramından söz açıb. O, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətinə toxunaraq, bildirib ki, parlament insanların səsverməsi əsasında formalaşır: “Bildiyiniz kimi, ölkəmiz parlament seçkiləri ərəfəsindədir. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən yenidən partiyamız tərəfindən etimad göstərilərək namizədliyi irəli sürülmüş Elman Məmmədov sizlərlə görüşə gəlib. Mən əminəm ki, sizlər onu çox yaxşı tanıyırsınız. çünki, Elman Məmmədov hər zaman öz elinin, obasının içində olub, insanların problemlərinin həllinə çalışıb. Mən inanıram ki, Şuşa seçiciləri hər zaman onların yanında olan Elman Məmmədova bu dəfə də səs verəcək”.
çıxış edən YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən namizədi Elman Məmmədov ötən illər ərzində Azərbaycanda müşahidə olunan sürətli inkişaf dinamikasından danışıb: “Bu gün əsası Ulu öndərmiz tərəfindən qoyulan inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət özünü qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında göstərir. Mənim millət vəkili kimi ən böyük işim yurd-yuvasından didərgin düşmüş elimin, obamın yanında olmağımdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı yüksək səviyyəli dövlət proqramları həyata keçirilir, işlər görür. Mən də dövlətimizin həyata keçirdiyi siyasətin yerlərdə icra olunması istiqamətində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıram. İnanıram ki, şuşalı seçicilər bu seçkilərdə də öz layiqli namizədlərini seçəcəklər”.
Yeni Azərbaycan Partiyasının hər zaman xalqın dəstəyini aldığını deyən, Elman Məmmədov qarşıdan gələn parlament seçkilərində də partiyanın namizədlərinin uğuruna inandığını bildirib.
YAP-ın seçki proqramında qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı bir çox müddəaların olduğunu qeyd edən natiq bu layihələrin gerçəkləşməsi, aparılan işlərin davam etdirilməsi üçün bütün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb: “Son beş ildə Milli Məclisdə öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəyi təqdirdə bu işlər davam etdiriləcək”. Sonda YAP-ın namizədinin seçicilərlə səmimi söhbəti olub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

