Avropa ittifaqı fonunda Azərbaycan-Litva əlaqələri
23.05.2022 [12:01]
Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən Azərbaycan Respublikası bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 29 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Bu inkişaf əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş fəal və düşünülmüş xarici siyasətin nəticəsidir.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Qeyd edək ki, Azərbaycan-Avropa ittifaqı əlaqələrinin inkişafı və əlaqələrdə yeni səhifənin açılması Cənab Prezidentimiz İlham Əliyevin fəal, uzaqgörən xarici siyasətinin təzahürüdür.
Təbii ki, Azərbaycan Respublikasının Avropa ittifaqı ilə əlaqələr fonunda onun üzv ölkələrindən biri olan Litva Respublikası ilə olan əlaqələrin inkişafını və strateji tərəfdaşlığını xüsusi qeyd etmək lazımdır. Belə ki, cari ilin may ayının 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri buna əyani sübutdur. Bununla bağlı may ayının 18-də Litva Respublikasının prezidenti Gitanas Nausedala görüçdən sonra birgə mətbuat konfransında çıxış edən Cənab Prezidentimiz İlham Əliyev bildirmişdir: “ Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır”.
Qeyd edək ki, Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırdı. Səfər zamanı dost ölkənin bu ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür etdi. Səfər çərçivəsində Azərbaycan-Litva biznes forumunun keçirilməsi ikitərəfli münasibətləri genişləndirmək istiqamətində mühüm addım sayıla bilər. Belə ki, Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında yeni 6 sənəd imzalandı. Forumun təşkilində əsas məqsəd iqtisadi əməkdaşlığa mane olan problemləri aradan qaldırmaq, habelə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün bir sıra zəruri işləri müəyyənləşdirmək idi. Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında dinamik inkişaf edən iqtisadi əlaqələri daha da genişləndirmək üçün ciddi potensial mövcuddur. Azərbaycan və Litva arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi hər iki ölkə başçısı tərəfindən xüsusilə vurğulandı. Dövlət başçıları iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun inkişaf etdirilməsini vacib saydılar. İki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artırılması qərara alındı. İki ölkə arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq oldu. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq. Beləliklə, Litva prezidentinin Gitanas Nausedanın Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ölkələri ilə geniş əməkdaşlığı qarşıda daha böyük imkanlar açacaqdır.
Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

