"Milli Qurtuluşdan Tarixi Zəfərə" adlı konfrans keçirilib
13.06.2022 [17:18]
13 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan Tarixi Zəfərə" adlı konfrans keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidə önünə tər çiçəklər düzdülər.
Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov açdı və 15 iyun Milli Qurtuluş Gününün mahiyyəti, onun əhəmiyyəti barədə məlumat verdi.
Elnur Əmirəslanov bildirdi ki, artıq ikinci ildir ki, dünyanın hər yerində bütün azərbaycanlılar 15 iyun - Milli Qurtuluş Gününü qalib xalqın qalib övladları kimi qeyd edirlər. Çünki 30 ilə yaxın bir dövrü əhatə edən, memarı Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Qurtuluşdan – Tarixi Zəfərə gedən yolu müdrik xalqımız şərəflə keçdi. Bu gün Müstəqil Azərbaycanımızın memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin, eləcə də, torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Çünki, Ulu Öndər Heydər Əliyevin müqəddəs arzuları “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” – deyən Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. Müdrik xalqımız şanlı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm qələbəyə imza atdı.
İnanırıq ki, biz bir xalq olaraq, bir müstəqil dövlət kimi Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev rəhbərliyi ilə yeni-yeni uğurlara, qələbələrə imza atacağıq.
Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov çıxış edərək Milli Qurtuluş Gününün tariximizdə böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğuladı. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
Ümummilli Lider Heydər Əliyevin böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət etdiyini bildirən rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov bir daha qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarmış, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlamışdır.
Ulu Öndər Heydər Əliyevin cızdığı strategiyanın layiqli davamçısı olan cənab İlham Əliyev apardığı məqsədyönlü siyasət nəticəsində zəfərə gedən yolun nidasını qoydu. Ötən dövr ərzində iqtisadiyyatı, sənayeni, neft strategiyasını, ordu quruculuğunu elə idarə etdi ki, nəticədə, Azərbaycan güclü, qüdrətli, öz sözünü deyən, Qafqazda ən müasir orduya malik olan bir dövlətə çevrildi. Bu gün Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Prezident cənab İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər Günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur.
R.Xəlilov son olaraq bildirdi ki, "Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında, güclü, qüdrətli Qalib Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahədə inkişafının və tərəqqisinin təməlində Ulu Öndər Heydər Əliyev siyasi irsi, bu irsin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri və xalq-iqtidar birliyi dayanır.
Tədbirdə Hacıqabul rayon İcra hakimiyyəti Başçısının birinci müavini Saleh Ələskərov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, şəhər 2 saylı məktəbin direktoru Şölə İbrahimova və şəhər 7 saylı məktəbin direktor müavini Xəyalə Əfəndiyeva çıxış etdilər.
Tədbirin sonunda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup partiya fəallarına Fəxri Fərmanlar və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

