Milli Qurtuluş Günü müasir Azərbaycanın şərəf tarixidir
14.06.2022 [16:46]
SSRİ-nin dağılmasının ardından 1991-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan çox böyük sınaqlarla üz-üzə dayanmalı oldu. 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət dövlətçilikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verir, şəxsi mənfəətlərinin əsirinə çevrilir, yaratdıqları başıpozuq silahlı dəstələrin gücünə güvənərək qeyri-qanuni əməllərlə məşğul olurdular. 1991-92-ci illərdə hakimiyyət böhranının yaşanması ölkədə həm siyasi, həm də iqtisadi krizisi pik həddə çatdırmışdı. Situasiya daha da gərginləşir, Xalq Cəbhəsinin "rəhbərləri"nin sərəncamında olan silahlı birliklər cəbhə bölgəsindən geri çəkilir, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğala məruz qalırdı. Bununla yanaşı, cəmiyyətdə parçalanma, qarşıdurma güclənirdi. Belə ki, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Ölkədə vətəndaş qarşıdurması yaradan AXC-"Müsavat" birliyi bir daha xalqın dəstəyinə söykənməyən, idarəetmə sərtiştəsi, ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında olmayan bir hakimiyyətin hansı bəlalara yol açdığının bariz nümunəsini ortaya qoymuş oldu.
Xalqımız həmin dövrdə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olan gənc Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə "rəhbərlik" edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu tarixi qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq istəyənlər öz niyyətlərinə çata bilmədilər.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin iqtisadi təməllərinin möhkəmləndirilməsində əsaslı rol oynadısa, ordu quruculuğu istiqamətində atılan addımlar, cəbhə xəttində uğurla həyata keçirilən bir sıra hərbi əməliyyatlar nəticəsində işğalçı Ermənistanın atəşkəs imzalamasına səbəb oldu. 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi isə dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyası hüquqi dövlət quruculuğunun əsasını qoydu.
Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu.
Milli Qurtuluş Günündən başlanan inkişaf yolu müasir Azərbaycanın yerləşdiyi regionun lider dövlətinə çevrilməsinə, 2020-ci ildə Müzəffər Qarabağ qələbəsinin əldə olunmasına və işğal altındakı ərazilərimizin azad edilməsinə əsas yaratmış oldu. 2003-cü ildə Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ən əsası isə 2020-ci ildə baş vermiş Vətən müharibəsində işğal altındakı torpaqlarımızın öz azadlığına qovuşması Prezident İlham Əliyevin fenomenal fəaliyyətinin nəticəsidir. Qazandığı qələbə nəticəsində regionda yeni siyasi-iqtisadi reallıqlar yaradan Azərbaycan dövləti artıq yeni qlobal əməkdaşlıq platformalarının təşəbbüskarı qismində çıxış etməkdədir. Buna isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasət kursu, xalq-dövlət birliyinin gücləndirilməsi nəticəsində nail olunub. əsası Ümummilli Liderimiz tərəifndən qoyulmuş və bu gün müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirilən siyasi-strateji kurs Azərbaycanda xalq-iqtidar birliyinini daha da möhkəmlənməsini şərtləndirib.
YAP Hacıqabul rayon təşkilatının sədri
Elnur Əmirəslanov
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

