Azərbaycan regionda sülh və təhlükəsizliyi təmin etməklə böyük humanitar missiya yerinə yetirir
06.07.2022 [13:34]
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilmişdir.
Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən ölkələri və təşkilatları birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük təsisatıdır. Başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyi və həmrəyliyini təmin etmək olan hərəkatın başlıca prinsipləri BMT nizamnamələrinə uyğun olaraq bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət, hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə, müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi və s. kimi təməl maddələri özündə əks etdirir.
İyunun 30-da Heydər Əliyev Mərkəzində keçirilən konfransda Prezident cənab İlham Əliyev iştirak etmişdir. Ölkə başçısı çıxışı zamanı bildirmişdir ki, "Bu gün Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılır."
Həmçinin həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, "Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq."
Qeyd edək ki, konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar. Üç gün davam edən konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunmuş, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilmiş, qurumun yeni sədri və sədr müavinləri seçilmişdir. Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri keçirilmişdir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları Şuşaya səfər zamanı yol boyu işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərinin şahidi olublar. Şuşada parlament nümayəndə heyətlərinə şəhərin Qala divarları, tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq və abadlıq işləri barədə danışıb. Bildirilib ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni binalar barədə ətraflı məlumat verilib.
Konfransda çıxış edən qonaqlar Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzunun artdığını diqqətə çatdırmış, ölkəmizin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcəyini vurğulayıblar.
Əlbəttə ki, bu gün Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müdrik siyasət yürüdür. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda sülh və təhlükəsizli təmin etməklə böyük humanitar missiya yerinə yetirir.
Qoşulmama hərakatına sədrliyi dövründə koronavirusla mübarizə zamanı çoxtərəfliliyin nə qədər vacib olduğunu bir daha gördük. Ölkəmiz beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu uğurla həyata keçirərək, peyvənd millətçiliyinə qarşı etirazını bildirən ölkələrdən biri olmuşdur. Beləliklə, üzv dövlətlərdə yaradılan məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı oldu və bu gün də faydalı olmağa davam edir.
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46

