Hədəflər reallığa çevrilir
20.07.2022 [13:57]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycanın inkişaf modeli daim beynəlxalq səviyyədə təqdir edilir. Təbii ki, buna əsas verən düzgün siyasət və zamanın tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmədir. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqına Yeni il təbriklərini çatdırarkən qarşıdakı ilin uğurlarının ötən ildən daha zəngin olacağını, eyni zamanda, dayanıqlı inkişafın təmin edilməsi üçün bütün zəruri addımların atılacağını demişdi. Artıq hədəflər il ərzində görülən işlərin, imzalanan Fərman və Sərəncamların əsasında reallığa çevrilir.
Ötən iki ilə yaxın dövr tarixi Zəfərimizin reallıqlarının qəbulu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin uğurla həyata keçirilməsi, Prezidentin tapşırıqlarına uyğun olaraq bu torpaqların müasir tələblər səviyyəsində qurularaq soydaşlarımızın yaşayışı üçün normal şəraitin yaradılması ilə xarakterizə olunur. İyulun 15-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara bir daha diqqət yetirildi, tarixi Zəfərimizin reallıqları fonunda görülən və görüləcək işlərdən bəhs edildi. Ölkə Prezidenti ilk olaraq Azərbaycanın artan beynəlxalq nüfuzundan bəhs etdi. Hazırda Azərbaycanın sədrlik etdiyi və 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinin daha da genişləndirilməsindən, institusional inkişafın təmin edilməsi istiqamətində atılan addımlardan geniş bəhs edən cənab İlham Əliyev Azərbaycanın irəli sürdüyü təşəbbüslərin perspektivlərini diqqətə çatdırdı.
Qeyd edək ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycanın təşəbbüsü ilə yaradılıb və bu ilin iyun ayında Bakıda ilk konfransı keçirildi. Qurumun Gənclər qolunun yaradılması təşəbbüsü də Azərbaycana məxsusdur və yaxın günlərdə Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Qurumda birləşən üzv dövlətlərin bir araya gələrək günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparmaları olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki ölkəmizdə gənclərin idarəçilikdə təmsil olunmalarına xüsusi önəm verilir, Azərbaycanın bu addımı beynəlxalq səviyyədə təqdir olunur. Dövlət başçısı İlham Əliyev gənclərlə mütəmadi görüşlərində onların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün bütün imkanların yaradıldığını bildirərək bu çağırışı edir ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
Dövlət başçısı İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatların bütün sahələri əhatə etməsindən bəhs edərək ölkəmizin qarşısında geniş imkanların açıldığını bildirir. Hazırda ölkəmizin həyatında başlanan yeni mərhələ uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası ölçüyəgəlməzdir. Əsas hədəf soydaşlarımızın Böyük Qayıdışının tam təmin olunmasıdır. Bu ərazilərin malik olduğu potensialdan səmərəli istifadə gələcəkdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində stimulverici amil olacaq.
Azərbaycanın iqtisadi müstəqilliyinin günbəgün möhkəmlənməsi beynəlxalq nüfuzunun artmasında da özünü aydın şəkildə nümayiş etdirir. Cari ilin 6 ayında Azərbaycanın bütün ölkələrlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələri, ölkəmizin, həmçinin azad Qarabağın, azad Şuşanın ev sahibliyi etdiyi tədbirlərin miqyası bunların aydın mənzərəsini yaradır.
Azərbaycan-Avropa İttifaqı əlaqələri tarixi Zəfərimizdən sonra ən yüksək səviyyəyə çatıb. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüssel görüşlərində əldə edilən nəticələr ürəkaçan olsa da, təəssüflər olsun ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, həmçinin qeyd olunan görüşlərdə əldə olunan razılaşmalardan irəli gələn tələblərin yerinə yetirilməsinə səy göstərmir. Ermənistan ATƏT-in Minsk qrupunun olmayan fəaliyyətinin bərpasına çalışır. Dövlət başçısı İlham Əliyev müşavirədə 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac olmadığını bildirərək bir daha bəyan etdi: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

