Səmərəli enerji siyasətinin məntiqi nəticəsi
25.07.2022 [10:36]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Azərbaycanın uğurlu enerji diplomatiyası iqtisadi imkanlarının artmasında, həmçinin tərəfdaşlarının əhatə dairəsinin genişlənməsində əhəmiyyətli rol oynayır. 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılması və digər mühüm hadisələr Azərbaycanın uğurlu enerji siyasətinin təqdimatlarıdır.
Reallıq budur ki, Azərbaycan liderlik mövqeyini nümayiş etdirməklə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Dünya enerji bazarında mövqeləri möhkəmlənən Azərbaycanın imkanlarının artması ölkəmizin yeni-yeni layihələri gündəmə gətirərək uğurla başa çatdırmasına stimul verir. Bölgədə siyasi sabitliyin qorunmasında, dövlətlər arasında iqtisadi, siyasi əməkdaşlığın möhkəmlənməsində böyük xidmətləri olan Azərbaycan neft-qaz, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar bir dövlət kimi vədinə sadiqliyini bəyan edir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Cənub Qaz Dəhlizinin reallaşması iqtisadi və siyasi imkanlarımızı daha da genişləndirəcək.
Təbii ki, atılan addımların, görülən işlərin təməlində ölkəmizin daha da güclənməsi, mövqelərinin möhkəmlənməsi, dünyada daha böyük nüfuza malik olması və ən önəmlisi, xalqımızın daha da yaxşı yaşaması dayanır. Ölkə Prezidenti daim bu reallığı önə çəkir ki, neft və qazla zəngin çox ölkələr var. Lakin bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Azərbaycanda isə tamamilə fərqlidir. Ölkəmizin iqtisadi siyasətini, neft strategiyasını qabaqcıl təcrübəyə əsasən müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirir.
Bu gün Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi də neft siyasətinin məntiqi nəticəsidir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır, reallığa çevirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələri biri-birinə daha da yaxınlaşdırır.
İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycanın başladığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Azərbaycan neft hasilatı ilə başladı. Sonra qaz hasilatına keçdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini reallığa çevirdik: “Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz önündədir. İmzalanan Memorandumda bərpaolunan enerji mənbələri məsələsi önə çəkilir və ölkəmizin bu sahədə böyük potensiala maik olduğu bildirilir. Nəzərə alsaq ki, hazırda böyük quruculuq meydanına çevrilən işğaldan azad edilmiş ərazilərimiz böyük külək və Günəş enerjisi potensialına malikdir, bu halda gələcək əməkdaşlığa veriləcək töhfələrin miqyası barədə aydın təsəvvür yaranır. Dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycanın nəhəng resurs ehtiyatları var. Bundan əlavə, qarşıdakı illərdə istifadə edəcəyimiz yeni qaz yataqları var. Bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qaz təmin ediləcək.
Gələcək əməkdaşlığın yol xəritəsi kimi dəyərləndirilən Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ümumilikdə Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Hər yeni sənəd əlaqələrin inkişafında yeni səhifə açır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

