Azərbaycanın enerji diplomatiyası ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edir
06.09.2022 [10:58]
Tarixi Zəfərimizin reallıqları fonunda hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Həmçinin Prezident İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi.
Dövlət başçısı İlham Əliyev İtaliyaya işgüzar səfəri zamanı Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında Azərbaycanın enerji strategiyasının əsas mərhələlərindən biri kimi bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinə xüsusi diqqət göstərərək bildirdi ki, bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. İşğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Birləşmiş Krallıqdan aparıcı enerji şirkətləri artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək ki, bu da ixrac potensialımızı gücləndirəcək.
Qarabağın və Şərqi Zəngəzurun tezliklə böyük investisiyalar məkanına çevriləcəyi şəksizdir. O da məlumdur ki, bu il ənənəvi keçirilən Bakı Enerji Həftəsinin sonunda Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək bərpa olunan enerji sahəsində imzalanan müqaviləyə şahidlik etdi. Bu sənəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunun böyük potensiala malik olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın enerji diplomatiyası ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edir. Ölkəmizin iştirakçısı və təşəbbüscüsü olduğu enerji layihələri ölkələri və xalqları daha da yaxınlaşdırır, onlar arasında körpü rolunu daha da möhkəmləndirir.
2003-cü ildən Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu sahədə qazanılan uğurlar göz qabağındadır. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi imkanlar nəzərdən keçirilməklə gələcəkdə bu hədəfin gerçəkləşməsinə daha böyük töhfələr veriləcəyinə əminlik ifadə edilir.
Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Azad olunmuş ərazilərdə işlərin şaxələndirilməsində İtaliya şirkətlərinin ölkənizə kömək etməsi üçün yeni müqavilələr imzalana bilərmi” sualını cavablandırarkən bildirdi ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, atılan bu addımlar münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir.
Dövlət başçısı sözügedən müsahibədə qarşıda dayanan planları da açıqladı: “Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var.” Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, İtaliya işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq.
Qısa təhlil Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqləyir. Bu, ölkəmizin xarici siyasətinin dəyişməz prinsiplərinə söykənir. Azərbaycan daim qarşılıqlı etimad mühitinin yaradılmasında, bu fonda əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hazırda enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsində mövcud imkanlar əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu onu göstərir ki, Azərbaycan “Neft kapitalını insan kapitalına çevirək!” tezisini uğurla reallaşdırır. Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar sənədlərin imzalanması da bunun bariz nümunəsidir. Əməkdaşlığımız bütün sahələri əhatə edir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

