Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq müstəvisində
09.09.2022 [13:13]
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq aləmdəki mövqeyini artırıb və əlaqələri, əməkdaşlığı möhkəmlətməyə önəm verib. Təbii ki, Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və s. proseslərdə bu qarşılıqlı əlaqə və münasibətlərə xüsusi olaraq diqqət ayırır. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır.
Bir çox beynəlxalq təşkilatlar və dövlətlərlə qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Azərbaycana dost və tərəfdaş ölkələrdən olan İtaliya ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişafına təkan verib. Azərbaycanla İtaliya arasında enerji təhlükəsizliyi, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində geniş əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə İtaliyaya 2020-ci ildə dövlət səfərində olmuş və dövlətlərarası strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Azərbaycan Prezidentinin bu günlərdə İtaliyaya rəsmi səfəri ölkələr arasında tərəfdaşlığın göstəricilərindədir. Səfər çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə olunub. İki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Azərbaycan İtaliyanın əsas xam neft, təbii qaz təchizatçılarından biridir. İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edən Cənab İlham Əliyevin bildirdiyi kimi, uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda, İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir.
"2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var", - deyə Cənab Prezident bildirib. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır. Cənab Prezident çıxışında elektrik enerjisini Avropaya necə nəql edəcəyinə nəzər salaraq bildirib ki, biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq: "Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır".
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. Mükəmməl hüquqi bazaya malik ikitərəfli münasibətlər işğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində də özünü biruzə verir. Artıq bir neçə italyan şirkəti müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün böyük potensial olduğundan italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı Azərbaycan müqavilə bağlayıb. İtaliya ilə Azərbaycan arasında münasibətlər çoxşaxəlidir. İtaliya Azərbaycana dost ölkə olaraq işğaldan azad olunan ərazilərimizə də öz töhfələrin verir. Belə ki, İtaliya şirkətləri işğaldan azad olunmuş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. İtaliyanın daha bir şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Görülən işlər və layihələr bu əlaqələrin davamlığını təzahürüdür.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

