Vüqar Seyidov:““Qətiyyətli cavab” əməliyyatına səbəb Ermənistanın təxribatçı mövqeyidir”
13.09.2022 [15:40]
"Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hərəkətləri çox təhlükəli addımlardır. Xüsusi ilə də IV Brüssel görüşündən sonra sülh müqaviləsi mətninin hazırlanmağa başlanıldığı bir zamanda belə bir addımın atılmasını müxtəlif tərəflərdən təhlil etmək olar. Lakin heç bir düşmən həmləsi xalqımızın sarsılmaz qürurunu və qalib keyfiyyətlərini yenə bilməz. İkiüzlü erməni xəstə xislətini biz yaxşı bilirik. Brüsseldə bir, Moskvada başqa, İrəvanda daxili auditoriya qarşısında tam fərqli havaya çalıb-oynayan Ermənistanın rəsmi hərbi-siyasi çevrələri bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək müharibəni tamamilə bitirmişdir. Özü də yüksək peşəkarlıq nümayiş etdirərək mülki əhaliyə zərər vermədən qalib gəlmişik. Müharibə vaxtı Azərbaycan ordusuna məğlub olaraq məğlubiyyət aktına imza atan Ermənistan müharibədən sonra təxribatlara əl atmaqla nə isə əldə edə biləcəyini zənn etməkdə böyük səhvə yol verir.
Görünür daima münaqişə mühitini qoruyub saxlamağa cəhd edən Ermənistan bu ilin sonuna qədər sülh müqaviləsini imzalamayaraq zaman qazanmağı düşünür. Azərbaycanı münaqişəyə çəkməklə isə sanki Azərbaycanın «aqressor» olduğunu və «sülh prosesini məhz bizim pozduğumuzu» dünyaya göstərmək istəyir. Lakin “Qətiyyətli cavab” əməliyyatına səbəb Ermənistanın təxribatçı mövqeyidir. Əlbəttə, Ermənistanın xəstə təxəyyülü bir çox nağıllar “istehsal etmək” qüdrətində olsa da dünya Azərbaycanın qalib dövlət olmağına rəğmən sülh prosesinə can atdığını dəfələrlə görmüşdür. Qafqazda yeni bir münaqişə ocağını qalamaq yalnız Azərbaycana qarşı çevrilmiş strateji addım deyil. Bir çox başqa dövlətlər üçün də Ermənistan yeni oyunlar qurmaqdadır.
“Qətiyyətli cavab” əməliyyatına gətirib çıxaran səbəblərdən biri və ən birincisi Ermənistanın 10 noyabr bəyanatına sadiq qalmamasıdır. Bu gün Azərbaycanın suveren əraziləri olan Qarabağın bir sıra yerlərində Ermənistan silahlı qüvvələrinə məxsus silahlı birləşmələr vardır. Eyni zamanda da Zəngəzur dəhlizinin açılması məsələsi öz aktuallığını qoruyur. Ermənistan isə bu cür təxribatlarla prosesi uzadır və aktuallığı davam edən məsələlər ətrafında müzakirələri səngidərək gündəmdən çıxarmaq istəyir.
Beynəlxalq aləm, münaqişənin həllində rol almaq istəyən dövlətlər Ermənistanın timsah göz yaşlarına hələ də inanırlar. Paşinyan Ermənistan - Azərbaycan sərhəddindəki gərginlik fonunda Vladimir Putinə, Emmanuel Makrona, İbrahim Rəisiyə və Entoni Blinkenə zəng edib. Eyni zamanda da KTMT-nin iclasının keçirilməsini tələb edib. Bunun özü belə ikiüzlü siyasətdir. Brüsseldə başqa cür danışıb, gəlib İrəvandan KTMT-yə müraciət etmək özlüyündə rəsmi İrəvanın simasını ifadə edir. Lakin Paşinyan bir məqamı unudur ki, Azərbaycan başda Rusiya olmaqla Ermənistandan başqa bütün KTMT-yə üzv olan ölkələr ilə həm strateji əməkdaşdır, həm də bir çoxu ilə tarixi qohumluq, dostluq münasibətləri vardır. Bu məqamlar əlbəttə, əhəmiyyətlidir. Lakin əsas məqam dövlətimizin siyasətidir. Bizə heç bir qüvvə milli maraqlarımızın müdafiəsinin təmin olunması ilə bağlı təsir göstərə bilməz.
Gecənin qaranlığından istifadə edərək yolkəsən, quldur, terrorçu kimi mövqelərimizi atəşə tutan, təminat yollarımızı minalamağa cəhd edən düşmənə çox ciddi zərbə endirilmişdir. Əldə olunmuş məlumatlara əsasən böyük həcmdə maddiyyatla ölçülən silah-sursat, hərbi avadanlıqla yanaşı, düşmən tərəf çoxsaylı itki vermişdir. “Qətiyyətli cavab” əməliyyatı nəticəsində yenə də ordumuz strateji yüksəkliklərə nəzarəti ələ keçirə bilmişdir. Əməliyyat nəticəsində Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın hərbi infrastrukturu sıradan çıxarılıb.
Başda “Qətiyyətli cavab” əməliyyatında şəhid olan vətən oğulları olmaqla bütün şəhidlərimizin qarşısında ehtiramla baş əyirik. Ruhları şad olsun!
Allah Müzəffər Ali Baş Komandanı, Rəşadətli Ordumuzu və Müdrik xalqımızı qorusun!"
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

